Unibank 2020-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub
“Unibank” KB ASC 2020-ci ilin 3-cü rübünün maliyyə nəticələrini açıqlayıb.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, 30 sentyabr 2020-ci il tarixinə Bankın əldə etdiyi mənfəət (prudensial hesabat üzrə) 11 milyon manat təşkil edib.
Üçüncü rübün nəticələrinə görə, "Unibank"ın cəmi əməliyyat gəlirləri 2 milyon manat olub.
2019-cu ilin 3-cü rübü ilə müqayisədə 2020-ci ilk 9 ayında “Unibank”ın faiz gəlirləri 8% artaraq 64 milyon manat təşkil edib.
Hesabat dövrünün sonuna Bankın cəmi aktivləri 753 milyon manat olub.
İlin əvvəlindən Bankın məcmu kapitalının həcmində 7% artım qeydə alınıb. Hesabat dövrünün sonuna Bankın məcmu kapitalı 86 milyon manata çatıb.
2020-ci ilin ilk 9 ayı ərzində Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında iştirakını davam etdirib. Ümumi kredit portfeli bu ilin əvvəlindən 50 milyon manat (və ya 10%) artaraq 557 milyon manata çatıb. İlin ilk 9 ayı ərzində xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi ilin əvvəlindən 16 % artıb. İlin əvvəlindən hesabat dövrünədək biznes sektoruna ayrılmış kreditlərin məbləği 95 milyon manat təşkil edib. “Unibank”ın Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlığı çərçivəsində may ayından başlayraq 3 milyon manatdan çox kənd təsərrüfatı təyinatlı güzəştli mikrokreditlər verilib.
İlin əvvəlindən 30 sentyabradək “Unibank”ın depozit portfeli 474 milyon manat təşkil edib.
"Xalqımız, dövlətimiz, hər bir vətəndaşımız üçün çox vacib, taleyüklü, qürurverici bir tarixi yaşadığımız bu günlərdə, Unibank olaraq dövlətimizin yanındayıq. Unibank bu dəstəyini həm maddi, həm də mənəvi formada göstərir. Hazırda Bankın 20-dən artıq əməkdaşı torpaqlarımızın azadlığı uğrunda cəbhədə düşmənə qarşı döyüşür. Bank ordumuza dəstək olaraq, Silahlı Qüvvələrə Yardım Fonduna 100.000 AZN məbləğində dəstək olub. Bankın əməkdaşları və müştərilərinə uBank mobil əlavəsi vasitəsilə Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olmaq və bonuslarını Fonda pul formasında hədiyyə etmək imkanı yaradılıb. Böyük Qələbədən sonra işğaldan azad olunmuş şəhərlərdə yeni filiallar açmaq, vətəndaşlarımızın və dövlətimizin inkişafına dəstəyi davam etdirmək Unibankın əsas hədəfləri sırasındadır",- Bankın məlumatında bildirilir.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 28 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 22 d. əvvəl
-
-
25 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
47 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















