Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

BVF: Ölkələrin borc problemini həll etmək üçün mühüm addımlar atılmalıdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
BVF: Ölkələrin borc problemini həll etmək üçün mühüm addımlar atılmalıdır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq Valyuta Fondu (BVF) baş direktoru Kristalina Georgiyeva COVID-19 pandemiyası dövründə ölkələrin borc problemlərini həll etmək üçün mühüm addımların atılmasının lazım olduğunu bildirib və bu məsələ ilə bağlı bir neçə təklifin olduğun vurğulayıb.

BVF-nin yaydığı məlumata görə, K. Georgiyeva qeyd edib ki, ötən həftə G20 ölkələri tərəfindən razılaşdırılmış azgəlirli ölkələrin kreditinin dondurulmasını altı ay uzadılması məhz sözügedən addımların sırasına daxildir, lakin daha təcili tədbirlər tələb olunur: "Kreditorlar arasında daha yüksək borc şəffaflığına və daha çox koordinasiyaya getməliyik. G20-nin "Suveren Borcların Tənzimlənməsinin Ortaq Əsasları" mövzusundakı müzakirələri və özəl sektorun iştirakı da daxil olmaqla suveren borc idarəçiliyi üçün daha yaxşı tənzimlənmə çağırışı bizi ruhlandırır. Üzv ölkələrimizlə birlikdə onların siyasətlərini dəstəkləyirik".

Reklam_3_11

Bundan əlavə, BVF-in baş direktoru kreditorları və borc alan ölkələri kreditlərin restrukturizasiyasını məhz borc səviyyəsi qəbuledilməz olduğu ölkələrdən başlamağa çağırıb.

©️ APA

19.10.2020 10:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18