Bank BTB müştərilərə verilən kreditləri artırıb
2020-ci ilin 9 ayı ərzində Bank BTB-də müştərilərə verilmiş kreditlər (xalis) 7 milyon 527 min manat artıb.
Marja Banka istinadən xəbər verir ki, cəmi müştərilərə verilmiş kreditlər ötən ilin sonunda 206 milyon 649 min manat ikən 2020-ci ilin Sentyabr ayının sonunda 214 milyon manat 176 min manata çatıb.
30 Sentyabr 2019-cu il tarixi ilə müqayisədə isə müştərilərə verilmiş kreditlər 28 milyon 289 min manat artıb. Belə ki, 30 Sentyabr 2019-cu il tarixində Bank BTB-də cəmi müştərilərə verilmiş xalis kreditlər 185 milyon 887 min manat təşkil etmişdi.
MÜŞTƏRİLƏRİN DEPOZİTLƏRİ TƏXMİNƏN DƏYİŞMƏZ QALIB
Son 12 ay ərzində Bank BTB-də müştərilərin müddətli depozitləri demək olar ki, dəyişməyib – 90 milyon manat səviyyələrində qalıb.
KREDİT BORCUNU ARTIRIB
Bank BTB-nin digər maliyyə institutlarından cəlb etdiyi kreditlər isə ötən ilin Sentyabr ayının sonu ilə müqayisədə 19 milyon 897 min manat, ötən ilin sonu ilə müqayisədə isə 18 milyon 54 min manat artaraq 30 Sentyabr 2020-ci il tarixində 131 milyon 784 min manata çatıb.
CƏMİ KAPİTALI ARTIB
Son 1 ildə Bank BTB-nin cəmi balans kapitalı 5 milyon 99 min manat, 2020-ci ilin 9 ayı ərzində isə 728 min manat artaraq 30 Sentyabr 2020-ci il tarixində 64 milyon 699 min manat təşkil edib.
Müştərilərə verilmiş kreditlərin artması Bankın faiz gəlirlərinin artmasında əks olunur. Bank BTB-nin faiz gəlirləri ötən ilin 9 ayındakı 16 milyon 25 min manatdan cari ilin 9 ayında 19 milyon 735 min manata yüksəlib.
Qeyd edək ki, Bank BTB 2020-ci ilin 9 ayını 442 min manat xalis mənfəət ilə başa vurub.
Bank BTB 2010-cu ildə təsis olunub və universal bank olaraq xidmətlər göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
8 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
9 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























