“AS Group” şirkəti düşmən tərəfindən evləri dağıdılan ailələrə yardım etdi
“AS Group” şirkəti ölkənin hərbi rejim dövründə də özünün korporativ sosial məsuliyyətinə sadiqdir
Ölkəmiz və vətəndaşlarımız qarşısında daim özünün sosial məsuliyyətini qoruyan “AS Group” şirkəti hərbi rejim dövründə da ənənələrinə sadiqdir. Şirkət dövlətimizin torpaqlarımızın azadlığı uğrunda apardığı Vətən Müharibəsi dövründə özünün sosial məsuliyyətini əsas tutaraq Füzuli rayonunda düşmən zərbələri nəticəsində evləri dağıdılan, başqa kəndlərə, qəsəbələrə yerləşdirilən insanlara dəstək olub.
Evlərindən məcburən köçürülən vətəndaşlarımıza “AS Group” 235 ədəd ərzaqla dolu yardım qutuları ilə köməklik göstərib. Şirkət həmçinin ordumuza özünün balansında olan texnikası ilə də dəstək olub.
Bundan başqa “AS Group” şirkəti könüllü olaraq cəbhəyə yollanan özünün 20-yə yaxın əməkdaşının ailələrinə maddi və mənəvi dəstək olmağa çalışır.
2003-cü ildən fəaliyyətə başlayan, istər dövlət, istərsə də özəl sektorda kompleks layihələr həyata keçirən “AS Group” fəaliyyət göstərdiyi illər ərzində ölkəmiz, cəmiyyətimiz, vətəndaşlarımız qarşısında sosial məsuliyyətini anlayaraq daim müxtəlif layihələrə dəstək olub. Şirkət həmçinin ölkəmizdə COVİD 19-la mübarizə səbəbindən tətbiq edilən karantin rejimi ərzində bölgələrimizdə 500-ə yaxın ailəyə ərzaq yardımı ilə dəstək olub. Bundan başqa “AS Group” Koronavirusla Mübarizə Fonduna ilk ianə edən şirkətlərdəndir.
Hər şey vətən üçün!
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 10 saat əvvəl
-
-
10 saat əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
- 11 saat əvvəl
-
11 saat əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
12 saat əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
-
12 saat əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
12 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
Son Xəbərlər

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmiri işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Bank 96 ədəd RAM alır

bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
Ən çox oxunanlar

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti
