Azərbaycan Qazaxıstandan buğda idxalını 26 dəfəyə yaxın azaldıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Qazaxıstandan 1,7 mln ABŞ dolları dəyərində buğda idxal edib.
Qazaxıstan mətbuatının verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,6 dəfə azdır. Belə ki, 2019-cu ilin yeddi ayı ərzində qonşu ölkədən Azərbaycana 43,6 mln ABŞ dolları dəyərində buğda ixrac edilib.
Ümumilikdə isə bu ilin yanvar-iyul ayları ərzində Qazaxıstan xarici ölkələrə 2,56 mln ton həcmində buğda satıb. 2019-cu ilin analoji dövrü ilə müqayisədə fiziki həcm 22,4% və ya təxminən 740 min ton azalıb. Satışdan əldə edilən gəlir də 612,1 mln ABŞ dollardan 557,2 mln ABŞ dollara qədər düşüb.
Bu müddət ərzində Qazaxıstan MDB ölkələrinə təxminən 2,1 mln ton buğda satışını həyata keçirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,8% azdır. Ancaq satışın dəyəri 5 mln ABŞ dollardan artıq olub.
Belə ki, Qazaxıstan buğdasının əsas alıcıları Özbəkistan və Tacikistandadır. Bu ilin 7 ayı ərzində Özbəkistan Qazaxıstandan 286,6 mln. dollar dəyərində 1,4 mln. ton buğda alıb. Tacikistan isə bu il ərzində ümumi dəyəri 117,5 mln. dollar olan 500 min ton buğda əldə edib.
Bu müddət ərzində Türkmənistan da bu ölkədən buğda idxalını demək olar tam azaldıb. Belə ki, ötən ilin 7 ayında 33,5 mln ABŞ dollarlıq buğda idxal etmişdirsə, bu ilin 7 ayında cəmi 9,1 mln ABŞ dollarlıq buğda sifariş verilib.
Qazaxıstandan Əfqanıstana göndərilən buğdanın həcmi bir ildə gözəçarpacaq səviyyədə artıb. Bu rəqəm 25,3 mln ABŞ dollardan 58,1 mln ABŞ dollara çatıb. Əvəzində Çinin idxalı 49,9 mln ABŞ dollardan 23,1 mln ABŞ dollara qədər azalıb.
Bununla belə, digər bazarlarda da itkilər mövcuddur. Belə ki, Qazaxıstandan Türkiyəyə ixrac edilən buğdanın dəyəri 28,9 mln ABŞ dollardan 1,9 mln ABŞ dollara, Gürcüstana ixrac edilən buğdanın dəyəri isə ümumiyyətlə 11,6 mln ABŞ dollara azalıb.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 39 d. əvvəl
-
-
47 d. əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
59 d. əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
2 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın






.jpg)
.jpg)










.jpg)





