Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan alüminiumuna antidempinq rüsumu tətbiq ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan  alüminiumuna antidempinq rüsumu tətbiq ediləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avrasiya İqtisadi Komissiyasının (AİK) Kollegiyası 5 il müddətinə Azərbaycan və Çindən idxal olunan alüminium xəttinə qarşı antidempinq tədbirinin tətbiqinə qərar verib.

Bu barədə xarici mətbuat xəbər verir. 

Reklam_3_11

Komissiyanın materiallarına əsasən, antidempinq rüsumu Azərbaycanda istehsal olunan alüminium xəttinin tədarükü üçün 16,2%, Çindən olan məhsul üçün isə 13,1% təşkil edəcək.

“Bu tədbirin tətbiqi sayəsində rəqabət səviyyəsini bərabərləşdirməklə Avrasiya İqtisadi Birliyinin mövcud sərbəst istehsal güclərinin - bu gün bu, yeddi müəssisədir – bazarın ehtiyaclarını tam şəkildə təmin edəcəyi gözlənilir”. – Kollegiyanın üzvü, AİK-nın ticarət naziri Andrey Slepnyov bildirib.

Antidempinq rüsumu tətbiq ediləcək alüminium xətti inşaat sənayesində, elektrik mühəndisliyində, həmçinin soyuducu qurğuların, istilik dəyişdiricilərinin, radiatorların, jalüzlərin və döşəmə üçün büzməli təbəqələrin istehsalında istifadə olunur. Amma bu tədbir alüminium qutularının istehsalı üçün nəzərdə tutulmuş məhsullara aid edilməyəcək.

AİK Kollegiyasının qərarı rəsmi dərc olunduğu gündən 30 təqvim günü sonra qüvvəyə minəcək. 

Report

23.09.2020 11:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18