25 min dollara satılacaq Tesla-nın istehsalı planlaşdırılır
Tesla-nın qurucusu Elon Musk, şirkətinin ABŞ-ın Kaliforniya ştatındakı zavodunda təşkil edilən Batareya Günü adı verilən tədbirdə sərmayəçilərə bəzi gələcək planları açıqlayıb.
Marja xəbər verir ki, Musk, Tesla-nın qarşıdakı 3 il ərzində yeni inkişaf etdirilmiş batareyası sayəsində 25 min dollardan bazara çıxacaq bir avtomobil istehsal edəcəkləri məlumatını verib.
Musk, daha əvvəl Tesla-nın böyük ehtimalla heç bir zaman 35 min dollardan aşağı qiymətlərə bir avtomobil istehsal etməyəcəyini söyləmişdi.
Tesla-nın öz batareyalarını inkişaf etdirməsi sayəsində batareya istehsalı xərclərinin azalması ilə daha ucuz avtomobil istehsal edə biləcəklərini söyləyən Musk, bu avtomobilin eyni zamanda tamamilə avtonom (sürücüsüz) olacağını deyib.
Tədbirdə Tesla-nın batareya dizaynında və batareya istehsal gücündə necə texniki yeniliklər edildiyi detallı izah edilib.
Ancaq tədbirdə bir modelin təqdim edilməməsi ya da Tesla-nın bu günə qədər nələr bacardığına dair detallı məlumat verilməməsi sərmayəçiləri məyus edib. Yaxın gələcəyə dair ümid vəd edən yeniliklər bəyan edilmədiyi üçün Tesla səhmləri tədbirin ardından 7% ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)






