MİDA-nın mənfəəti kəskin artıb
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2019-cu ili 5,34 milyon manat mənfəətlə başa vurub. Halbuki, qurum 2018-ci ildən 3,015 milyon manat xalis mənfəətlə çıxmışdı.
Ötən il dövlət MİDA-ya əvvəlki illə müqayisədə 8,8% çox – 1,5 milyon manat yardım edib. Hesabat dövründə Agentliyin maliyyə gəlirləri isə 7,72 milyon manat olub ki, bu da 76,6% artım deməkdir.
MİDA 2019-cu ildə ümumi və inzibati xərclərini 60% artıraraq 3,18 milyon manata çatdırıb, 2018-ci ildən fərqli olaraq müvaqilə və maliyyə aktivləri üzrə 693 min manat məbləğində xalis dəyərsizləşmə zərəri ilə üzləşib, icarə öhdəliyi üzrə 7 min manat xərc çəkib.
Bu il yanvarın 1-nə MİDA-nın aktivləri 205,434 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 97,9% və yaxud təxminən 2 dəfə çoxdur. Hesabat dövründə Agentliyin öhdəlikləri təxminən 110 dəfə artaraq 34,582 milyon manata, balans kapitalı isə təxminən 65% artaraq 170,852 milyon manata çatıb.
Xatırladaq ki, MİDA ölkə prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 100 milyon manatdır. Agentliyin əsas məqsədi ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir. Bununla yanaşı, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, vətəndaşların güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə qurumun tabeliyində “MİDA” MMC yaradılıb.
“Report”
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
48 san. əvvəl
Azərbaycanın mebel şirkətinin satışı kəskin artıb, 102 milyon manatdan çox gəlir əldə edib
- 15 d. əvvəl
- 37 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2 BOKT-ın vəzifəli şəxsi cərimələnib
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub









.jpg)












