Valideynlər övladlarına rahatlıqla pul göndərə biləcəklər
Mərkəzi Bank, Təhsil Nazirliyi, “MasterCard” Beynəlxalq Kart Təşkilatı və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dəstəyi ilə daha 3 universitet - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı smart funksiyalı “Azərbaycan təhsil kartı” layihəsinə qoşulmuşdur.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, “Azərbaycan təhsil kartı” tələbələrə təhsil aldıqları dövrdə onların indentifikasiya sənədi rolunu oynamaqla yanaşı, ödəniş xidmətlərindən yararlanmağa, o cümlədən təqaüdlərin alınmasına, ölkə daxilində və xaricində istənilən nağdsız ödənişlərin həyata keçirilməsinə imkan verəcəkdir.
Regionlarda yaşayan valideynlər övladlarına bu kart sayəsində rahatlıqla maliyyə vəsaiti göndərə biləcəklər. İnnovativ kart məhsulu vasitəsilə həyata keçirilən nağdsız ödənişlər zamanı tələbələr “cashback” proqramı və digər xüsusi kampaniyalardan yararlanmaq imkanı əldə etməklə yanaşı, bu kartlardan universitet, kitabxana və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə “Azərbaycan təhsil kartı”nın əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda və digər xidmət sahələrində istifadə olunması nəzərdə tutulur. Bu kartlardan istifadə tələbələr arasında müasir ödəniş mədəniyyətinə malik yeni nəslin formalaşmasına və ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafına mühüm dəstək olacaqdır.
Ölkə ərazisində elan edilmiş karantin qaydaları nəzərə alınmaqla adıçəkilən unveristetlərin hər birindən məhdud sayda tələbəyə müvafiq kartlar təqdim edilmiş, yeni təhsil ili başladıqdan sonra isə qısa müddət ərzində unversitetlərin bütün tələbələrinə smart funksiyalı “Azərbaycan təhsil kartı” təqdim ediləcəkdir.
Məlumat üçün bildiririk ki, “Azərbaycan təhsil kartı” layihəsi çərçivəsində artıq Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti və Bakı Dövlət Universitetində təhsil alan tələbələrə ödəniş funksionallı “Azərbaycan təhsil kartlar”ı təqdim edilmişdir və bu layihənin yaxın gələcəkdə ölkənin bütün ali təhsil müəssisələrini əhatə etməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 d. əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
11 d. əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
-
20 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
17 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
23 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub































