Azərbaycanda inflyasiya açıqlandı
Avqust ayında deflyasiya davam edib. İllik inflyasiya isə 2,9% təşkil edib. İnflyasiya İyul ayında da 2,9% idi.2020-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-avqust aylarına nisbətən 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 1,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 1,0 faiz artıb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2% azalıb (deflyasiya), əvvəlki ilin avqust ayına nisbətən 2,8 faiz artıb.
2020-ci ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,5% faiz azalıb, əvvəlki ilin avqust ayına nisbətən 4,9 faiz artıb.
Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma limonun, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, çiyələyin, qurudulmuş meyvələrin, fındığın, kələmin, pomidorun, balqabağın, bibərin, badımcanın, göy lobyanın, bahalaşma isə əsasən yumru düyünün, manna və qarabaşaq yarmasının, vermişelin, spagettinin, qoyun ətinin, kolbasa məmulatlarının, təzə və dondurulmuş balığın, xamanın, yumurtanın, portağalın, əriyin, kivinin, qozun, xiyarın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, kartofun, çayın, meyvə şirəsinin, pivənin və tütün məmulatlarının qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2020-ci ilin avqust ayında həm qeyri-ərzaq məhsulları, həm də əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0 faiz təşkil edib, əvvəlki ilin avqust ayına nisbətən isə müvafiq olaraq 1,4 və 1,1 faiz artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər














.jpg)







