Tesla 82 milyard dollar "əridi"
Elektromobil istehsalçısı Tesla-nın səhmləri kəskin ucuzlaşıb. Səbəb şirkətin Standart & Poor's 500 (S&P 500) İndeksinə daxil edilməməsidir.
Marja xəbər verir ki, bir çox sərmayəçi Tesla Inc. şirkətinin İndeksə daxil ediləcəyini gözləyirdi. Qərar sərmayəçiləri çaşdırıb.
Elon Musk-ın şirkəti Tesla-nın səhmləri Çərşənbə axşamı günü 21% dəyərdən düşərək 330.21 dollara enib və bu ucuzlaşma şirkətin bazar dəyərinin 82 milyard dollar "əriməsinə" səbəb olub.
Tesla-nın Standart & Poor's 500 (S&P 500) İndeksinə əlavə olunması gözlənilirdi, ancaq ABŞ-da indekslərə nəzarət edən S&P Dow Jones Indices, indeksə Tesla-nın yerinə onlayn pərakəndə şirkəti Etsy-ni, avadanlıqlar istehsalçısı Terady-ni və tibbi texnologiya şirkəti Catalent-i əlavə edib.
Analitiklərə görə, Tesla-nın indeksə daxil etməməsi avtomobil istehsalçısının gəlir, mənfəət göstəriciləri və şübhəli illik proqnozları ilə bağlı ola bilər. Həmçinin, Tesla-nın indeksə daxil edilməməsinin, bu böyüklükdəki bir şirkətin əlavə olunmasındakı çətinlikləri əks etdirir. Tesla-nın hələ də indeksə əlavə olunacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 29 d. əvvəl
-
- 41 d. əvvəl
- 1 saat əvvəl
-
13 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 13 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
16 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
17 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















