Hökumət Dövlət Neft Fondundan daha çox xərcləyəcək - FƏRMAN
Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri azaldıldı, xərcləri isə artırıldı.
Marja xəbər verir ki, Azərbaycan Prezidenti “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 906 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərman ilə Fondun 2020-ci il gəlirləri 12 milyard 384 milyon 88,2 min manatdan 7 milyard 832 milyon 893,4 min manata endirilib, xərcləri isə 11 milyard 589 milyon 910,3 min manatdan 12 milyard 439 milyon 910,3 min manata qaldırılıb.
Beləliklə, Fondun gəlirləri 4 milyard 551 milyon 194.8 min manat azalıdılıb, xərcləri isə 850 milyon manat artırılıb.
Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi də 850 milyon manat artırılaraq 11 milyard 350 milyon manatdan 12 milyard 200 milyon manata çatdırılıb.
Fondun Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirləri 10 milyard 563 milyon 404,5 min manatdan 6 milyard 646 milyon 940,7 min manata dəyişdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
46 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
47 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib






.jpg)








.jpg)









