Deputat: “Gömrüklə bağlı qərar haqsız rəqabəti aradan qaldıracaq”
Nazirlər Kabinetinin qərarı ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”na edilən düzəlişlər sosial şəbəkələrin əsas gündəminə çevrilib. Qərara əsasən ölkənin gömrük sərhədinə 30 gün ərzində eyni fiziki şəxsin ünvanına karqo və poçt vasitəsilə gətirilən malların ümumi dəyəri 1 000 dollardan 300 dollara, bir təqvim ayı ərzində ölkəyə güzəştli şərtlərlə gətirilən malların ümumi dəyəri isə 1 500 dollardan 800 dollara salınıb. Bu qərar bir sıra vətəndaşlar tərəfindən çaşqınlıqla qarşılandı.
Dövlət Gömrük Komitəsi məsələyə aydındlıq gətirdi və qərarın dövlətin iqtisadi mövqeyini, daxili bazarın mənafeyini qorumaq olduğunu bildirdi.
Millət vəkili Azər Badamov da açıqlamasında yeniliyə müsbət yanaşdığını bildirib. Onun sözlərinə görə, gömrükdə limitlərin tətbiq edilməsi Azərbaycanda dövlət büdcəsinə yığımları artıracaq. O qeyd edib ki, dünyanın hər bir ölkəsində şəxsi istehlak üçün gətirilən mallarla, gəlir əldə edilməsi üçün gətirilən mallar arasında fərqin müəyyən edilməsi üçün limitlər mövcuddur:
“Əgər biz Avropanın hər hansı bir ölkəsinə poçtla göndəriş etsək, orada malın dəyərinin müəyyən olunmuş məbləğdən çox olduğu halda vergiyə cəlb olunduğunu görəcəyik. Bu, dünya praktikasında da belə qəbul olunub”.
Millət vəkili bundan əlavə, gömrükdə şəxsi istehlak üçün limitin tətbiq olunmasını haqsız rəqabətin aradan qalxması, idxal olunan malların vergidən yayınmasının qarşısının alınması və iqtisadiyyatın tənzimlənməsi baxımından müsbət addım hesab edir:
“Keçirilən iqtisadi təhlillər nəticəsində son illər fiziki şəxslərin ölkənin gömrük sərhədindən mal keçirərkən ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilməklə gömrük rüsumunu ödəməkdən yayındığı müəyyənləşdirilib. Adıçəkilən qaydalarda dəyişiklik bu halların aradan qaldırılması baxımından məqsədəuyğundur”
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 26 d. əvvəl
-
- 30 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















