“70-100 milyon manat dövlət büdcəsindən yayınır”
21 Sentyabr 2020-ci il tarixindən etibarən beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan malların güzəştli və sadələşdirilmiş rəsmiləşdirilməsi aparılacaqdır. Hazırda bu limit 800 dollardır.
Marja-nın məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, bir çox işbazlar bu sadələşdirilmiş qaydadan istifadə edərək müxtəlif şəxslərin adına mallar idxal edir və ticarət şəbəkəsinə ötürür. Bu da haqsız rəqabətin yaranmasına səbəb olur:
Poçt göndərişlərinin sadələşdirilmiş qaydada gətirilməsi ilə bağlı ticarət dövriyyəsinə baxdıqda görürük ki, təxminən 70-100 milyon manat civarında vəsait dövlət büdcəsindən yayınmalara səbəb olur. Fiziki şəxslərin adlarından istifadə edilir, ölü insanların adına telefon, müxtəlif elektron cihazlar və digər əşyalar idxal edirlər. Mallar fiziki şəxslərin adına gətirilərək ticarət şəbəkəsinə verilir. Bu sui-istifadələrin qarşısının alınması üçün limit aşağı salındı.
Sadəcə apardığımız administrativ tədbir nəticəsində telefon aparatlarından 70 milyon manatdan artıq vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilmişdir. Bir malın, qərara düzəliş etmədən administrativ qaydada nəzarətə götürərək ticarət şəbəkəsinə sızmasının qarşısını ala bilmişik. Amma biz, bütün mallara rəsmiləşmədən sonra əməliyyat tədbirləri keçirərək nəzrət etməyin deyil, inzibati qaydada tənzimləməyin tərəfdarıyıq. İşbazlar, dırnaqarası iş adamları bu qərardan istifadə etməsinlər. Limitin 800 dollardan 300 dollara salınmasının səbəbi budur. Yəni işbazları dövriyyədən çıxaraq”.
Komitə sədri qeyd edib ki, Qərara düşəliş qüvvəyə mindikdən sonra 70-100 milyon manat civarında vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
36 d. əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 18 saat əvvəl
-
-
18 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)








.jpg)




