Azərbaycanda ilk dəfə Tibet texnologiyası ilə quru çay istehsal ediləcək

Lənkəran rayonundakı “Yaşıl çay” fermer təsərrüfatı Azərbaycanda ilk dəfə olaraq Tibet texnologiyası əsasında quru çay istehsal etməyi nəzərdə tutur.
“Marja” xəbər verir ki, bunu fermer təsərrüfatının rəhbəri Araz Yağubov bildirib.
“Yaşıl çay yarpağını özümüzdə emal etmək üçün fəaliyyətimizi genişləndirməyə çalışırıq. Artıq mini çay emal fabrikimiz fəaliyyət göstərir. Bu sahəni daha da genişləndirmək üçün tədbirləri davam etdiririk. Qonşu İran İslam Respublikasında səfərdə oldum. Burada çay emalı və qablaşdırıcı avadanlığının alınması üçün razılaşma əldə etdik. Çalışacağıq ki, cari ildə “Çay emal fabriki kompleksi”ni də işə salaq. Keyfiyyətli quru çay istehsalını artırmaqla “Made in Azerbaijan” brendini almaq üçün əlimizdən gələni edəcəyik. Hazırda müəssisəmizdə ekoloji təmiz “Buket çayı”, “Gül çayı”, “Premium”, “Feyxoa çayı”, “Narın çay” və “Ekstra” növ çaylar istehsal olunur. Bu ildən daha 3 növdə - “Zəncəfil çayı”, “Kəklikotu çayı” və Azərbaycanda ilk dəfə olaraq Tibet texnologiyası əsasında quru çay istehsal etməyi nəzərdə tutmuşuq”,- o deyib.
Araz Yağubov qeyd edib ki, ötən il təsərrüfat üçüb uğurlu olmuşdur:
“İlk dəfə məhsul verməyə başlayan 42 hektar sahədən 90 ton yüksək keyfiyyətli çay yarpağı əldə etmişik. Bu il sahələrdən daha çox məhsul gözləyirik. İndidən payız əkinlərinə də hazırlıq aparılır. Bu məqsədlə uzun müddət dövriyyədən kənarda qalan 50 hektar torpaq sahəsində şum və digər aqrotexniki tədbirlər həyata keçirilir. Payız aylarında burada yeni çay sahələri salmaqdan ötrü 1 hektara yaxın sahədə çay tingliyi salınır. Burada ilk dəfə öz sahələrimizdən toplanmış yüksək keyfiyyətli toxumdan istifadə etməklə əkin aparırıq.
Təsərrüfatımızda ailə üzvlərimizlə bərabər 60-a yaxın kənd sakini çalışır ki, bunların da əksəriyyəti qadınlardır. Başlıca məqsədimiz çay sahəsini 100 hektara çatdırmaq, Lənkəran çayının əvvəlki şöhrətini bərpa etməkdir”.
2006-cı ildən fəaliyyətə başlamış “Yaşıl çay” Fermer Təsərrüfatı MMC-nin 140 hektar torpaq sahəsi var. Bunun 61 hektarında çay plantasiyası salınıb. Təsərrüfat çoxsahəlidir. Təsərrüfatın heyvanlarının sayı 17 başdan 300 başa çatdırılıb. Həmçinin ötən ilin payızında 40 hektarda taxıl əkilib, 1,2 hektarda 10150 tut tingi olan bağ salınıb, qalan sahələrdə bostan bitkiləri, sarımsaq və digər əkinlər aparılıb.
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
1 saat əvvəl
Türkiyədə zeytun yağı qiymətlərində 10 faizə qədər əlavə artım gözlənilir
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Fresco SS” şirkəti 3 şirkətin ona qoşulması yolu ilə yenidən təşkil edilib
-
3 saat əvvəl
Azərbaycandan Rusiyaya pomidor ixracı son iki ayda minimum səviyyəyə düşüb
-
3 saat əvvəl
Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb
-
3 saat əvvəl
AZAL təyyarəsinin sərnişinləri Pulkovoda məcburi enişdən sonra Bakıya yollanıblar
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb

BOKT illik 14 faizlə 1 milyon manat borc alır

Oktyabrın 21-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar

Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi

Naxçıvanda 107 istehsal müəssisəsi yaradılıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycanda 5 bankın aktivləri 2 milyard manatdan çoxdur
