ABŞ-da büdcə kəsiri 2,8 trilyon dollara çatıb
ABŞ federal hökumətinin büdcə kəsiri İyul ayında 63 milyard dollar təşkil edib.ABŞ Xəzinə Nazirliyi İyul ayına dair büdcə hesabatını yayımlayıb.
Marja xəbər verir ki, 1 Oktyabr 2019-da başlayan və 30 Sentyabr 2020-də sona çatacaq 2020 maliyyə ilinin İyul ayında federal hökumətin büdcə kəsiri 63 milyard dollara geriləyib.
Federal hökumətin, keçən ilin eyni ayında 119,6 milyard dollarlıq büdcə kəsiri yaranmışd.
İyulda büdcədə 193 milyard dollarlıq kəsir yaranacağı proqnozlaşdırılırdı. Büdcə kəsiri iyunda isə 864 milyard dollar ilə bütün zamanların ən yüksək səviyyəsinə çatmışdı.
Büdcə kəsirinin İyul ayında azalmasına, yeni növ koronavirus (Kovid-19) epidemiyası ilə əlaqədar olaraq vergi ödəmələrinin aprel ayından İyul ayına təxirə salınması və bu ödəmələrlə hökumətin gəlirlərində görülən artım səbəb olub.
Ölkədə 2020 maliyyə ilinin 10 ayı ərzində cəmi büdcə kəsiri 2,8 trilyon dollara çatıb. Kəsir, keçən ilin eyni dövründə 866,8 milyard dollar səviyyəsində reallaşmışdı.
Maliyyə ilinin ilk 10 ayında xərclər keçən ilin eyni dövrü ilə müqayisədə 51,3% artaraq 5,6 trilyon dollara yüksəlib, gəlirlər isə 1,3% azalaraq 2,8 trilyon dollara geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 19 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)







.jpg)





