Porsche-dən satış rekordu
2017-ci ilin ilk rübündə Porsche AG bütün dünya üzrə öz müştərilərinə təxminən 60 000 ədəd avtomobil təhvil verib.
“Marja” xəbər verir ki, bu, keçən ilin analoji göstəricisindən təxminən 7% çoxdur və şirkətin tarixində ilk kvartal nəticələri üzrə ən yaxşı nəticə sayılır.
Satış həcminin artımını Çin və Almaniya bazarı, həmçinin Panamera və Macan modelləri təmin etmişdir.
“Porsche yeni Panamera ilə uğurlu start götürüb – bu tendensiyanı il ərzində davam etmək lazımdır”, – bunu Porsche AG-ninidarə heyətinin satış və marketinq üzrə cavabdeh üzvü Deftlev fon Platenbildirib. "Bizim cəlbedici model sıramız bizim məqsədlərimizəçatmağımızakömək edir".
Cenevrə avtosalonunda Porsche üç yeni modelini təqdim edib – yeni Panamera Sport Turismo, Panamera Turbo S E-Hybridvə 911 GT3. Yeni 911 GT3 may ayında, SE-Hybridiyul ayında, Panamera Sport Turismo isə oktyabr ayındabazara daxil olacaq. "Modellərin üçüdə özündə tipik Porsche genlərini daşıyır və illik satış dinamikasına əlavə impuls verəcəklə", –DeftlevfonPlaten belə hesab edir.
Çin Porsche avtomobillərinin idxalı üzrə 2017-ci ilin birinci kvartalında yenidən ən böyük bazar sayılıb. Ümumilikdə18 126 ədəd satış göstəricisi ilə keçən ilki müvafiq göstərici 10 faiz üstələnmişdir. Avropada satış həcmi 19 084 avtomobil təşkil etmişdir (+ 7%). Almaniyada isə müştərilərə 7 160 avtomobil təhvil verilmişdir ki, bu da 19%artım deməkdir; 911 modelinin sabit uğurundan savayı (Almaniyada yenə də 1600 yaxın “911-ci” satılıb), satışların artmasına böyük töhfə verən 2016-cı ilin sonunda bazara çıxarılan yeni Panamera olmuşdur. ABŞ-da Porsche öz uğurlu kursunu davam edir. Burada 12 718 avtomobil satılıb (+ 4%).
Yeni Panamera qeyri-adi nəticələr nümayiş etdirir: bu il 3 630 ədəd satılaraq, bu model keçən ilki müvafiq göstəricini düz 12 faiz üstələmişdir. 718 model sırasının avtomobilləri ümumilikdə 6 060 satış göstəricisi ilə 4 faiz artım nümayiş ediriblər.Macan24 797 ədəd satış həcmi və 15% artım ilənövbəti dəfə Porsche-nin ən çox satılan modeli adını qoruyub saxla bilmişdir.
PORSCHE AG Satış | Yanvar – mart 2017 | ||
2017 | 2016 | Fərq (%) | |
Bütün dünyada | 59 689 | 55 974 | +7% |
Avropa | 19 084 | 17 821 | +7% |
Almaniya | 7 160 | 5 994 | +19% |
Amerika | 15 099 | 14 168 | +7% |
ABŞ | 12 718 | 12 238 | +4% |
Asiya-Sakit Okean regionu, Afrika və Yaxın Şərg
| 25 506 | 23 985 | +6% |
Çin | 18 126 | 16 409 | +10% |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 13 saat əvvəl
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
15 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 17 saat əvvəl
-
18 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
18 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)


