Neft Fondunun Azəri-Çıraq-Günəşli üzrə gəlirləri 2 dəfədən çox azalıb
Dövlət Neft Fondu 2019-cu ilin 7 ayı ilə müqayisədə 2020-ci ilin 7 ayında Azəri-Çıraq-Günəşli üzrə 2 milyard 675 milyon dollar az gəlir əldə edib.Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 01 avqust 2020-ci il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlərini açıqlayıb.
Marja Fondun məlumatına istinadən xəbər verir ki, 01.01.2020 - 01.08.2020-ci il dövründə (cari ilin 7 ayında) AÇG yatağından 2 milyard 485 milyon ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat) isə 215,5 milyon ABŞ dolları gəlir daxil olub.
O cümlədən, 2020-ci ilin 7 ayı ərzində Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 149 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, ARDNF 2019-cu ilin 7 ayında AÇG yatağından 5 milyard 160 milyon dollar gəlir əldə etmişdi. Beləliklə, Fondun AÇG üzrə gəliri 2,1 dəfə azalıb.
Fond 2018-ci ilin yanvar-iyul dövründə isə AÇG yatağından 5 milyard 621 milyon dollar gəlir əldə etmişdi.
Gəlirin azalması neftin bu il kəskin ucuzlaşması ilə bağlıdır.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
- 6 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB



















