Kapital Bank tam rəqəmsal onlayn hesab açma xidmətini təqdim edir
(®️) Kapital Bank mütəmadi olaraq hüquqi şəxs və sahibkarlar üçün rahat həllər təklif etmək üçün rəqəmsal imkanlarını inkişaf etdirir. Bu dəfə məsafədən bankçılıq xidmətlərini genişləndirən Kapital Bank, tam rəqəmsal onlayn hesab açma xidmətini təqdim edir.
Onlayn hesabın açılması imkanı ilə, vaxt itirmədən və filiala yaxınlaşmadan, cəmi bir neçə dəqiqə ərzində, dünyanın istənilən nöqtəsindən Kapital Bank-da hesab rəsmiləşdirib, əməliyyatlara başlamaq mümkündür. Fürsətdən yararlanmaq üçün www.onb-cb.kapitalbank.az linkindən onlayn hesab açma portalına daxil ola bilərsiniz.
İlk növbədə, müştəri şəxsi və biznes məlumatlarını qeyd edib, tələb olunan sənədlərin elektron versiyasını portala yükləməlidir. Daha sonra, müştəri “ASAN İmza” ilə müqavilə imzalamalı və bank əməkdaşları ilə video müsahibədən keçməlidir. Proses, müqavilənin, rekvizitlərin və “Müştəri Bank” sisteminə daxil olmaq üçün istifadəçi adı və şifrənin müştərinin elektron ünvanına göndərilməsi ilə yekunlaşır. Həmçinin yaxın zamanda fiziki şəxslər üçün onlayn müştəri olmaq və hesab açmaq imkanı təqdim ediləcək.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 5 d. əvvəl
-
-
10 d. əvvəl
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
- 16 d. əvvəl
-
37 d. əvvəl
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
-
44 d. əvvəl
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 18 saat əvvəl
-
18 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Ən çox oxunanlar
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
Bank aviabilet alır - TENDER
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır





















