Unibank hüquqi şəxslərə də onlayn hesab açmaq imkanı yaratdı
(®️) Unibank biznes sahibləri üçün onlayn xidmətlərini genişləndirir.
Biznes müştərilərinin işini asanlaşdırmağı, onlara banka gəlmədən, elə işlərinin başında xidmət göstərməyi hədəfləyən Unibank, hüquqi şəxs olan sahibkarlar üçün də onlayn bank hesabı açmaq xidmətini istifadəyə verib. Bir neçə ay əvvəl fərdi sahibkarlara təqdim olunan bu xidmət, artıq hüquqi şəxs olan biznes sahiblərinə də əlçatandır. İndi hüquqi şəxs olan sahibkarlar da banka gəlmədən, öz iş yerlərindən onlayn hesab aça biləcəklər.Onlayn hesab açılan zaman rekvizitlər birbaşa biznes sahibinin özünə göndərilir və hesabı aktivləşdirməyə görə banka gəlməyə ehtiyac qalmır.
“Unibank”da onlayn hesab açmaq üçün sadəcə bunları etmək lazımdır:
- Unibank.az saytından (https://hesab.unibank.az/login) “Onlayn hesab açın” bölməsinə daxil olursunuz;
- Buradakı ərizə formasını doldurub ASAN İmza vasitəsilə imzalayırsınız;
- Sizə uyğun vaxtda bank ilə videozəng əlaqəsi qurduqdan həmən sonra hesabınız aktiv edilir və rekvizitlər sizin elektron poçtunuza göndərilir;
- Onlayn hesab açılan kimi dərhal İnternet Bankinq və Mobil Bankinq xidmətləri də aktiv olunur və hesabınızda istədiyiniz əməliyyatı artıq apara bilərsiniz.
Məhsul və xidmətlərdə rəqəmsallaşmanı əsas götürən Unibank, hazırda biznes sahiblərinə çoxsaylı onlayn bank məhsul və xidmətləri təklif edir. Banka gəlmədən onlayn hesab açmaq, tranş kredit xəttindən onlayn istifadə etmək, onlayn formada İB və MB qoşulmaq, onlayn overdraft kreditlərindən faydalanmaq biznes sahiblərinə istədikləri yerdə və istədikləri vaxt keyfiyyətli onlayn bank xidməti ilə təmin olunmaq imkanı yaradır.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 10.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 6 d. əvvəl
-
-
11 d. əvvəl
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
- 17 d. əvvəl
-
38 d. əvvəl
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
-
45 d. əvvəl
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 18 saat əvvəl
-
18 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Ən çox oxunanlar
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
Bank aviabilet alır - TENDER
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır





















