Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın strateji valyuta ehtiyatları barədə yeni proqnoz

Azərbaycanın strateji valyuta ehtiyatlarının 23%-ə yaxın əriyəcəyi gözlənilir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın strateji valyuta ehtiyatları barədə yeni proqnoz
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Fitch" beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2020-ci ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 38,3 milyard ABŞ dollar təşkil edəcək. Bu, 23 aylıq idxalı ödəmək üçün kifayətdir.

Agentliyin yaydığı məlumata görə, proqnoz ötən ilin yekununda qeydə alınan göstərici ilə müqayisədə 22,6% azdır.

Fitch” qeyd edir ki, Azərbaycanın güclü xarici balansı aşağı neft qiymətlərinin mənfi təsirini demək olar ki, bütövlüklə zərərləşdirir.

Qeyd edək ki, bu ilin iyul ayının 1-nə ölkənin strateji valyuta ehtiyatları 49,6 milyard dollar təşkil edib. Strateji valyuta ehtiyatları Azərbaycan Dövlət Neft Fondunun aktivlərindən (43,2 milyard dollar) və Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarından (6,4 milyard dollar) ibarətdir.

APA

30.07.2020 10:54

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18