Unibank Qarabağ müharibəsi döyüşçüsünün arzusunu reallaşdırdı
®️“Unibank”ın dəstəyi ilə daha bir vətəndaşımız şəxsi biznesini yaratmaq arzusuna çatdı. Tərtər şəhərində yaşayan, Qarabağ müharibəsi əlili Həsən Əsgərov un məhsulları istehsalı ilə bağlı ailə biznesini bundan sonra çox rahatlıqla böyüdə, ailə gəlirlərini artıra biləcək.
Unibank əməkdaşları bu gün Tərtər sakininə biznesi üçün lazım olan bütün avadanlıqları hədiyyə edib. Həsən Əsgərov “Unibank”ın onun ailəsinə çox böyük sevinc yaşatdığını bildirib: “Unibank bu gün bir ailəni sevindirdi, bir ailənin daimi gəlir mənbəyinin formalaşmasına dəstək oldu. Bu sevinci bizə yaşatdığı üçün “Unibank”a, eləcə də özünüməşğulluq layihəsinin hər bir tərəfdaşına təşəkkürümüzü bildiririk”.
Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
Korporativ sosial məsuliyyət Unibankın fəaliyyətində əsas istiqamətlərdən biridir. Bank 2018-ci ilin əvvəllərində Azərbaycan bank sektorunda ən böyük Korporativ Sosial Məsuliyyət layihələrdən birinə imza atıb. 2018-ci ilin mart ayından etibarən bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. Bu layihəyə dəstəkdə verməkdə məqsəd, Güllə atıcılığı üzrə milli paralimpiya komandasının inkişafına çalışmaqla yanaşı, bu sahədə ölkəmizin beynəlxalq yarışlarda təmsilçiliyinə və uğurlarına kömək göstərməkdir.
Unibank-hər kəsin bankı!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
















.jpg)








