“Muğanbank”dan filialları ilə bağlı xəbərə münasibət
“Muğanbank”ın bir neçə filialının bağlanmasının səbəbləri məlum olub.
Marja-nın sorğusuna cavab olaraq “Muğanbank”dan bildirilib ki, son bir neçə ay ərzində Bankın filial şəbəkəsinin optimallaşdırılması həyata keçirilmişdir:
“İlk olaraq bildirmək istəyirik ki, “Muganbank” ASC filial şəbəkəsinin genişliyinə görə (37 filial və 9 şöbə) ölkədə ilk üçlüyə daxil olan banklardandır. Hədəfimiz və missiyamız daima müştərilərə keyfiyyətli və əlçatan xidmətlər təklif etməkdir. Bu baxımdan bankımız iqtisadi tələblərə və ona əsaslanan biznes strategiyasına, o cümlədən təqdim etdiyi məhsullara və eləcə də müştəri seqmentasiyasına uyğun olaraq filial şəbəkəsini müştərilər üçün daima əlçatan etməyə çalışır. Bu mənada son bir neçə ay ərzində bankımızın filial şəbəkəsinin optimallaşdırılması həyata keçirilmişdir.
Optimallaşma çərçivəsində Xırdalan şəhərində yerləşən üç xidmət nöqtəsindən biri Bakı şəhərinə köçürülmüşdür ki, o da yaxın günlərdə fəaliyyətə başlayacaq.
Sumqayıt şəhərində yeni şöbə açılmış, Sabirabad şəhərində yerləşən filialı isə müştərilərin gəliş-gedişi üçün daha alverişli ünvanda, yeni təmir olunmuş modern binaya köçürülmüşdür.
Eyni zamanda yaxın ərazilərdə artıq bankın filiallarının mövcud olması səbəbindən “28 May” küçəsində yerləşən 9 saylı şöbənin fəaliyyəti yeni ünvana köçürülməsi prosesi davam edir.
Filialların ünvan dəyişikliyi barədə bank müştərilərinin məlumatlandırılması istiqamətində müvafiq addımlar atılır”.
Həmçinin qeyd edilib ki, "Muğanbank"ın hər bir filialı həftənin beş günü (bazar ertəsi-cümə) saat 9.00-dan 17.00-a kimi hüquqi və fiziki şəxslərə hesab açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. bank xidmətləri təklif edir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Çağrı Mərkəzinə zəng etmək və ya www.muganbank.az saytına, bankın sosial şəbəkə səhifələrinə müraciət etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 8 d. əvvəl
-
-
41 d. əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
2 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
2 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
2 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
2 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Aprelin 15-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib





.jpg)
.jpg)









.jpg)









