Kontakt Home loqosunu dəyişdi – YENİ MAĞAZALARINI AÇACAQ
Kontakt Home yeni loqosunu və “Sevindirir” sloqanını təqdim edib.
“ABC-Telecom” şirkətindən Marja-ya daxil olmuş məlumata görə, yenilənməyə əsas səbəb brendin bütün fəlsəfəsinin sevinc, dostluq və xoş əhval-ruhiyyə yaratmaq üzərində qurulduğunu, həmçinin fəaliyyətdə olduğu illər ərzində hər parametr üzrə bir üst səviyyəyə çıxdığını, məhsul və xidmət şəbəkəsini genişləndirdiyini çatdırmaqdır. Yeniliklər brend ideologiyasını daha aydın ifadə edir və əsas fokusunun müştəri məmnuniyyətinə yönəldiyini vurğulayır. Təbəssüm və xoş emosiya dolu bu loqonun məhz pandemiyanın insanların əhvalına mənfi təsir etdiyi bu ərəfədə təqdim olunması xüsusilə təqdirəlayiqdir.
Bəs yeni loqo nələri ifadə edir?
Kontakt Home mağazalar şəbəkəsinin PR meneceri Vəfa Rüstəmova yeni loqonun izahını belə verib:
İllərdir ki müştərilərimizə sevdikləri məhsul və xidmətləri əlçatan edirik. Sevdikləri və ehtiyac duyduqları məhsulları əldə etmək onlara sevinc, xoşbəxtlik, xoş əhval-ruhiyyə bəxş edir. İndiki əsas fokusumuz müştərilərimizə məhz o sevinci yaşatmaq, xoş anlarına şahidlik etməkdir. Loqoda əks olunan təbəssüm elementi ;) də bunu ifadə edir.
I < Kontakt sözünün baş hərfini bildirir. Gördüyünüz kimi, əvvəlki loqomuzdakı “ev” elementini və “Home” hissəciyini yenilənmiş dizayna daşımamışıq. Xidmət spektrinin növbəti illərdə daha da genişlənəcəyini nəzərə alaraq “Home” sözü ayrılaraq “Kontakt” brendinin bir konsepti olaraq saxladıq. Hazırda “Kontakt Home” və “Kontakt Smart” adlı konsept mağazalarımız fəaliyyət göstərir. I < bu element həm də, müştərilərimizə olan doğma, dostyana münasibətimizi bildirir.
Ümumilikdə təbəssüm ;) elementi (emojisi) rəqəmsal platformadan gəldiyi üçün brendin rəqəmsal dünyaya bağlılığını, başqa sözlə, müasirliyini ifadə edir”.
2 MAĞAZA İSTİFADƏYƏ VERİLƏCƏK
Qeyd edək ki, yeni korporativ dizayn artıq bir neçə platformada tətbiq olunmağa başlayıb və tədricən brendin bütün xarici və daxili kommunikasiyalarında tətbiq olunacaq. Artıq “Xalqlar” və “Bakıxanov-2” mağazaları yenilənmiş stildə müştərilərin xidmətinə verilib. Şirkətdən həmçinin yaxın zamanda daha 2 mağazanın istifadəyə veriləcəyi bildirilib. Yeni mağazalar Bakı şəhəri, Ukrayna dairəsi yaxınlığında və Sumqayıt şəhəri 10-cu mikrorayon ünvanlarında açılacaq.
Kontakt hazırda dünyanın 30-dan çox aparıcı brendinin ölkəmizdəki rəsmi tərəfdaşı və distribyütorudur. Yaxın zamanda daha bir neçə nüfuzlu brend bu siyahıya əlavə olunacağını elan edib.
Kontakt Home-un köhnə loqosu
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
5 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq

















