BVF Azərbaycanla məsləhətləşmələri təxirə saldı
Beynəlxalq Valyuta Fondu (BVF, İMF) Nizamnaməsinin IV maddəsilə bağlı Azərbaycan hökumətilə bütün məsləhətləşmələrini COVID-19 pandemiyası üzündən qeyri-müəyyən müddətə təxirə salıb.
Bu barədə İMF Bakı ofisinin rəhbəri Ağgün Qədirli bildirib.
“IV maddəsi ilə bağlı illik məsləhətləşmələr İMF üzv ölkələrinin hamısı kimi Azərbaycanla da vəziyyətə görə həyata keçiriləcək”, – təşkilat rəsmisi qeyd edib.
Mart ayında maliyyə naziri Samir Şərifovun Vaşinqton səfəri zamanı İMF-nin Azərbaycan missiyasının rəhbəri Nataliya Tamirisa ilə də görüş keçirilərək IV maddəyə dair ilklik məsləhətləşmələr üçün missiyanın iyul ayında Bakıya səfərinə hazırlıqla bağlı müzakirələr aparılmışdı. Son dəfə bu cür məsləhətləşmələri 2019-cu ilin iyun ayında keçirilib.
Azərbaycan 1992-ci ilin 18 sentyabr tarixindən İMF üzvüdür. 1995-2005-ci illər ərzində iqtisadi islahatlar proqramının icrası üçün İMF hökumətə bütövlükdə 577,3 milyon ABŞ dolları məbləğində kreditlər ayırıb.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 11 saat əvvəl
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
16 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)
.jpg)




.jpg)





