Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Koronavirusun mənbəyi olan Uhanda xəstə qalmadı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Koronavirusun mənbəyi olan Uhanda xəstə qalmadı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Koronavirusdan sağalmış son üç pasiyent Çinin Uhan şəhərindəki xəstəxanadan evə buraxılıblar.

Bu barədə Səhiyyə Məsələləri üzrə Şəhər Komitəsinin xəbərində deyilir.

Reklam_3_11

Qeyd edilir ki, iyunun üçündə son üç pasiyentin iki COVID-19 analizinin nəticəsi mənfi olub. Onların hərarəti normada idi, simptomlar yox olub. Növbəti gün həkimlər pasiyentlərin səhhətini xəstəxanadan buraxılmaq üçün qənaətbəxş qiymətləndiriblər.

"Beləliklə, Uhan xəstəxanalarında yeni koronavirus pasiyentləri yoxdur", - xəbərdə deyilir.

Bundan başqa, 1 iyuna olan vəziyyətə görə, daha əvvəl orta risk zonası tanınmış Dunsihu ərazisində 14 gün ərzində yeni yoluxma aşkar edilməyib, buna görə 2 iyundan epidemiologiya təhlükəsi orta səviyyədən aşağı salınıb.

İndi Uhanın bütün rayonları aşağı səviyyəli təhlükə zonalarıdır.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlamışdı. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

05.06.2020 08:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18