Beynəlxalq Bank Mobil tətbiqini mərhələli yeniləyir
Azərbaycan Beynəlxalq Bankı müştəri məmnuniyyəti yaradacaq daha bir innovativ yeniliyini bazara təqdim edib. Bank yenilənmiş Mobil tətbiqini mərhələli şəkildə istifadəyə buraxıb. Bu cür mərhələli yanaşma IBA Mobile tətbiqinin müştərilərin istəklərinə tam uyğunlaşdırılması məqsədindən irəli gəlir.
Belə ki, mobil əlavədən ilk mərhələdə məhdud sayda müştəri qrupu istifadə edəcək. Yenilənmə təklifi iOS və Android sistemlərinin iş məntiqi ilə müştəri qrupuna avtomatik göndəriləcək. Təkmilləşdirmə mərhələsində istifadəçi müştərilərlə interaktiv kommunikasiya əsasında onlardan gələn bütün rəylər, təcrübələr toplanaraq təhlil ediləcək. İrad və təkliflər nəzərə alınmaqla IBA Mobile daha da təkmilləşdirilərək tədricən kütləvi istifadəyə buraxılacaq. Bir aylıq təkmilləşdirmə mərhələsindən sonra yeni mobil tətbiqdən Azərbaycan Beynəlxalq Bankının bütün müştəriləri faydalana biləcək. Müştərilər IBA Mobile tətbiqi ilə bağlı rəylərini mobil əlavəni açıb telefonu astaca silkələməklə monitorda yaranan pəncərədə qeyd edə bilərlər.
IBA Mobile tətbiqinin başlıca üstünlüyü son dərəcə sürətli işləməsi, qeydiyyatının asanlığı, istifadəsinin sadəliyi, funksiyalarının çoxluğudur. IBA Mobile ilə müxtəlif onlayn ödənişlər aparmaq, köçürmələr etmək, hesabı nəzarətdə saxlamaq, çıxarışlar almaq və s. bir çox digər bank xidmətlərindən faydalanmaq olar.
Mobil tətbiqin adı, loqosu, görünüşü də yenilənib. IBA Mobile tətbiqindən istifadə pulsuzdur. Müştərinin bu imkandan faydalana bilməsi üçün Azərbaycan Beynəlxalq Bankında kart və ya cari hesabının olması kifayətdir. Azərbaycan Beynəlxalq Bankı IBA Mobile tətbiqinin bütün istifadəçilərini öz rəyləri ilə mobil əlavənin təkmilləşdirilməsinə töhfə verməyə çağırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır




















.jpg)



