"Exxon" Azərbaycanın layihələrindəki paylarının satış prosesini bərpa edib

Dünyanın ən böyük neft-qaz şirkətlərindən biri sayılan ABŞ-ın "ExxonMobil" şirkəti Azərbaycandakı aktivlərinin ("Azəri-Çıraq-Günəşli" (AÇG yataqlar bloku və Bakı-Tbilisi Ceyhan (BTC) neft boru kəməri) satış prosesini bərpa edib. Bununla bağlı olaraq şirkət bazarda marağın öyrənilməsi prosesinə başlayıb.
Bunu "Reuters"ə "ExxonMobil"in sözçüsü Culiya Kinq deyib.
Onun sözlərinə görə, "ExxonMobil" istehsal portfelini davamlı olaraq dəyərləndirir və "əgər digər şirkətlər bu aktivlərdə daha çox dəyər tapsalar, aktivlər satılacaq".
Şirkətin aktivlərinin satış prosesi "America Merrill Lynch" bankı tərəfindən idarə olunur.
Bazarda olan mənbələrin sözlərinə görə, bir sıra Asiya milli neft şirkətləri, o cümlədən Çinin "China National Offshore Oil Company", Hindistanın ONGC və İndoneziyanın "Pertamina" şirkətləri müqaviləni əvvəlkindən daha aşağı qiymətə bağlamağı ümid edərək, son zamanlarda satılan aktivlər paketinə maraq göstərib.
Bundan əlavə, mənbələr qeyd edir ki, "ExxonMobil"in aktivlərinin dəyəri "Chevron" şirkətinin 1,57 mlrd. ABŞ dollarına Macarıstanın MOL şirkətinə satdığı Azərbaycandakı aktivlərindən daha aşağı səviyyədə qiymətləndirilir.
Qeyd edək ki, "ExxonMobil" Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çiraq-Günəşli" neft-qaz yataqları blokunda 6,79%-lik paya, "BTC Co."da isə 2,5%-lik paya malikdir.
Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG(SOCAR) – 25,00%, “MOL” – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-cü ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 30 d. əvvəl
-
- 37 d. əvvəl
- 39 d. əvvəl
-
45 d. əvvəl
Azərbaycanın iri bankı Avropanın qabaqcıl bankı ilə 37 milyon avroluq müqavilə imzaladı
-
56 d. əvvəl
Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış mərasimi keçirilir
-
1 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Qlobal bazarlarda son vəziyyət

Əliyev və Paşinyanın görüşü baş tutub

Moldova Prezidenti ilə görüş olub, enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb

İlon Maskın sərvəti 500 milyard dolları görüb
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

“Bahar” və “Qum-dəniz” yataqları yenidən işlənəcək - SOCAR və SLB şirkəti sənəd imzaladı

AADA sədri "Ekoloji təmiz nəqliyyat vasitələri ilə avtoparkın yenilənməsi" mövzusunda çıxış edib

Tarixi hərracdan sonra - "ABB-İnvest"in rəsmisi AYİB istiqrazlarının əhəmiyyətindən danışdı

Rəsmi məzənnələr açıqlandı

Qlobal bankdan "qızıl daha da bahalaşa bilər" proqnozu

Dövriyyədə olan nağd pul və bank ehtiyatları artıb
