İrşad Electronics Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım etdi - MƏBLƏĞ
İrşad Electronics Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat köçürəcəyini bildirib.
Şirkət birdəfəlik vəsaitlə kifayətlənməyərək, hər satışdan müəyyən məbləğin də həmin fonda ayrılacağını bəyan edib.
“Bu sınaq günlərində hər birimizin üzərinə böyük məsuliyyət düşür. Xalqımızın sağlamlığı üçün biz də bacardığımız kimi dəstək verməyə hazırıq. Satışlarımızdan ayrılan vəsaitlə təkcə biz yox, İrşad Electronics-in bütün alıcıları bu mübarizəyə qoşulmuş olacaqlar”, - İrşad Electronics-in marketinq direktoru Əli Bədəlov belə deyib. Əlavə edib ki, ümumiyyətlə, şirkət koronavirusla mübarizə məqsədi ilə bir sıra tədbirlər həyata keçirməyi də planlaşdırıb.
İrşad Electronics ölkə üzrə 30-dan artıq mağazaya malik mobil telefon, elektrotexnika və məişət avadanlıqları satışı şəbəkəsidir.
Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1948 nömrəli sərəncamına əsasən yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 31 d. əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 15 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
16 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 17 saat əvvəl
-
17 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
18 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"

















