Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Son iki ayda özəl sektorda bağlanmış əmək müqavilələrinin sayı açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Son iki ayda özəl sektorda bağlanmış əmək müqavilələrinin sayı açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qeyri-formal məşğulluğun qarşısının alınmasına və əmək münasibətlərinin leqallaşdırılmasına yönələn kompleks stimullaşdırıcı tədbirlərin müsbət nəticəsi kimi özəl sektorda bağlanan əmək müqavilələrinin sayında artım dinamikası davam edir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə elektron sisteminin məlumatlarına əsasən, 2020-cu ilin yanvar-fevral aylarında özəl sektor üzrə 19,1 min əmək müqaviləsi bağlanıb.

 

Beləliklə, cari ilin əvvəli ilə müqayisədə həmin sektor üzrə əmək müqavilələrinin sayı 3 faiz artaraq 641,5 mindən 01 mart tarixinə 660,6 minə çatıb.

 

Xatırladaq ki, 2019-cu ildə də ölkə üzrə əmək müqavilələrinin sayında qeydə alınan 153 min artımdan 99 mini qeyri-dövlət bölməsinin payına düşüb.

 

İşəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsi işçinin əmək və sosial hüquqlarının yaranmasına və müdafiəsinə əsaslı hüquqi təminat yaradır.

06.03.2020 10:10

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18