"İcra başçısı cinsdə, ev paltarında iş otağında ola bilər?"
“Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda ən ciddi formada aparılır və bunun təzahürləri göz qabağındadır. Bu siyasət şüurlu siyasətdir və bundan sonra da davam etdiriləcək. Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq. Hər kəs keçmiş xidmətlərə görə dövlətdən layiqli qiymət alıbdır. Bundan sonra əgər kimsə dövlət işində, xüsusilə icra başçısı vəzifəsində işləmək istəyirsə, bax, bu prinsiplər əsas olmalıdır”.
Marja xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən bildirib.
Prezident “Əfsuslar olsun ki, hələ də bunu dərk etməyən insanlar var” deyərək sözlərinə belə davam edib:
“Neftçala rayonunda aparılmış xüsusi əməliyyat onu bir daha göstərdi. Xalqın gözü önündə bu biabırçı mənzərə bir daha göstərdi ki, əfsuslar olsun, bizim bəzi yüksək ranqlı məmurlar nəinki xalqın, dövlətin etimadını doğru, sadəcə olaraq, bəzi məqamları işıqlandırır. Ancaq Neftçala rayonunda rüşvətxorluq və korrupsiya sistem xarakter daşıyırdı, sistemli əsasda həll olunurdu və demək olar ki, rüşvətxorluq və korrupsiya bütün qurumları sarsıtmışdı.
Təsəvvür edin, rayonun ən zəngin insanlarından biri Mərkəzi Rayon Xəstəxanasının baş həkimidir. Onun varidatı haqqında indi hüquq mühafizə orqanları məlumat əldə ediblər. Bu adam nəyin hesabına varlanıb? Bu, biznesmendir? Yox. Bu, ixtiraçıdır? Yox. Buna böyük miras qalıb? Yox. Nəyin hesabına? Xəstələrin boğazından kəsilən pullar hesabına. Yazıq xəstələr məcbur olub bu tamahkar insanlara pul veriblər ki, öz sağlamlıqlarını təmin etsinlər. Ona görə bu yolla gedən hər bir adam bilməlidir ki, bunun axırı olacaq.
Korrupsiyaya və rüşvətxorluğa qarşı dözümlülük sıfır səviyyəsində olmalıdır. Neftçalanın keçmiş icra başçısının biabırçı hərəkətləri xalqda nifrət hissi oyadır. Kabinetdə müxtəlif adamlardan rüşvətin alınması biabırçı mənzərədir. Bir də ki, o adamın iş otağındakı hərəkətləri, onun əynindəki geyim, cinsdə, ev paltarında adam iş otağında ola bilər? Rəhbər iş otağında bu geyimdə hansı nümunə göstərir bütün məmurlara? Ona görə bu biabırçı kadrlar, əlbəttə, onu göstərir ki, bu insanın və buna oxşar insanların mənəvi deqradasiyası nə dərəcədədir. İndi operativ məlumat toplanılıb və toplanılır. Əlbəttə ki, mən istintaqa qarışmaq istəmirəm, istintaq hər şeyi özü göstərəcək. Son sözü məhkəmə deyəcək. Ancaq artıq aşkar olunan faktlar onu göstərir ki, Mərkəzi Rayon Xəstəxanasında bütün şöbələr baş həkimə aylıq haqq ödəyir. Məktəblərdə rüşvətxorluq kütləvi xarakter alır. Məktəb direktorlarından haqq tələb olunur, bələdiyyələrdən rüşvət tələb olunur, ictimai əsaslarla ödənişli iş yerlərinə insanlar cəlb edilmir, onların ödəniş kartları götürülür və icra başçısı tərəfindən o pullar çəkilir. Eyni zamanda, dövlətdən maaş alan və ödənişli ictimai yerlərdə işləməli olan həmin vətəndaşlar icra başçısına aid bir çox kommersiya obyektlərində və təsərrüfatlarda qul kimi işlədilir.
Yəni, bir daha demək istəyirəm ki, bu, mənəvi deqradasiyanın pik həddidir və bu, hər kəsə dərs olmalıdır. İstisna olunmur ki, onun kimi icra başçıları və digər mərkəzi və yerli icra orqanlarının rəhbərləri ona oxşar hərəkətlər edir. Onların hər biri araşdırılacaq. Heç kim toxunulmaz deyil və bu hadisələr bir daha onu göstərir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat sonra
- 52 d. sonra
- 8 d. əvvəl
-
-
18 d. əvvəl
“PAŞA Holding” şəhid övladlarına bayram sovqatları çatdırıb - FOTOLAR
-
43 d. əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
52 d. əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
- 56 d. əvvəl
-
1 saat əvvəl
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gənclərin xarici ölkələrdə təhsil almalarına ayrılan vəsait artırılır
-
2 saat əvvəl
İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Monteneqro Azərbaycanla vizasız rejimi ləğv edir
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
Şuşa Bank və Sığorta Binası tikilib























