8 Martda xanımları Bank of Baku-dan hədiyyələr gözləyir!
(®) Ölkənin müştərilərinə ən yaxın bankı - Bank of Baku, 8 Mart – Beynəlxalq Qadınlar gününə özəl olaraq zərifliyin, incəliyin təcəssümü olan xanımları sevindirəcək kampaniyalara start verir.
Belə ki, 5, 6, 7 mart tarixlərində 30.000 AZN-dək Nağd Pul Krediti almaq istəyən xanımlara kreditin 8 ayadək faizləri HƏDİYYƏ olunacaq.
Yəni, onlar kredit müddətindən asılı olaraq kreditin 8 ayadək faiz borcundan azad olunaraq, sadəcə əsas borc üzrə tələb olunan məbləği ödəyəcək. Qeyd edək ki, müştərilərə 30.000 AZN-dək Nağd Pul Krediti 48 ay müddətinə, zaminsiz, komissiyasız və sığorta haqqı olmadan təqdim edilir.
Bank of Baku Bolkartlı xanımları və onlara hədiyyə almaq istəyən bəyləri də unutmayıb. Belə ki, Bolkartın partnyor şəbəkəsinə aid mağazalarda Bolkart taksit kartı ilə alış-veriş edən şəxslər 3, 6, 9, 12 və ya 18 aya aldıqları məhsulun ödəniş müddətinə +2 AY HƏDİYYƏ qazanaraq, xərclərini 5, 8, 11, 14 və ya 20 aya hissə-hissə ödəyə biləcəklər.
Bolkart debet kartı ilə restoranlarda, parfümeriya və kosmetika mağazalarında ümumilikdə 300 AZN-lik alış-veriş edən müştərilərə isə 20 AZN BAL HƏDİYYƏ olunacaq.
Məlumat üçün bildirək ki, 1 BAL=1 AZN dəyərindədir. 20 AZN BAL hədiyyə qazanmış müştəri istər Bolkartın keçərli olduğu partnyor mağazalarda yenidən 20 AZN dəyərində alış-veriş edə, istərsə də “DostBank” mobil tətbiqi vasitəsilə kommunal xərclərini ödəyə bilər.
Bolkart kart sahibləri üçün nəzərdə tutulan kampaniyalar 6, 7, 8, 9 mart tarixlərində keçərlidir.
Bank of Baku-nun 8 marta özəl keçirdiyi kampaniyalardan faydalanmaq istəyən şəxslər bankın filiallarına (https://goo.gl/WWSUpa) yaxınlaşa, 145 Məlumat Mərkəzi ilə əlaqə saxlaya, WhatsApp-dan müraciət edə ( +99450 447-00-55) və ya Onlayn kredit sifarişi (https://goo.gl/we7Dov) bölməsinə daxil ola bilərlər.
Kampaniya haqqında daha ətraflı məlumatla Bank of Baku-nun 145 Məlumat Mərkəzinə zəng edərək və ya bankın rəsmi veb səhifəsinə - www.bankofbaku.com daxil olaraq tanış olmaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 9 saat əvvəl
-
-
10 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
10 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
11 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
12 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
22 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!





















