“Muğanbank”ın yaratdığı “MONEX” sistemi Azərbaycanda ilkə imza atdı!
® Muğanbankın “MONEX” beynəlxalq təcili pul köçürmə sisteminin, “Mastercard” beynəlxalq ödəniş sistemi ilə birgə həyata keçirdiyi layihə nəticəsində 02 Mart 2020-ci il tarixindən “MONEX” sistemi vasitəsilə müştərilər dünyanın istənilən ölkəsinə Mastercard sahiblərinə pul köçürə bilərlər.
Pul göndərən şəxs Mastercard sahibinin yalnız 16 rəqəmli kart nömrəsini “MONEX” sisteminin operatoruna təqdim etməklə köçürməni həyata keçirə bilər.
Pul köçürməsi üzrə xidmət haqqı cəmi 1% təşkil edir, gün ərzində köçürmə məbləği isə maksimal 1 000 ABŞ dolları ekvivalentindədir. Köçürmələr anında Mastercard sahibinin kartına daxil olur.
Xidmətdən istifadə üçün “Muğanbank” ASC-nin filial və şöbələrinə, həmçinin “MONEX” pul köçürmə sisteminin bütün iştirakçı banklarına müraciət edə bilərsiniz. “MONEX” sisteminin iştirakçı bankları və s. ətraflı məlumat əldə etmək üçün www.monexmt.az saytına və ya 933 məlumat mərkəzinə zəng edə bilərsiniz.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 42 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 7 d. əvvəl
- 10 d. əvvəl
-
10 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
S&P 500 rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib





















