AGBank-ın Baş ofisində İqtisad Universitetinin tələbələrinə təlim keçirilib
(®) AG Bank-da Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinə bank fəaliyyəti ilə tanışlıq təlimi keçirilib. Bankın Baş ofisində olan bir qrup tələbə bank işinin icrası ilə yaxından tanış olmaq imkanı əldə edib.
Bu sahənin ümumi fəaliyyət istiqamətləri barədə ətraflı məlumatlandırılan tələbələr bankda təhsil aldıqları ali məktəbin profilinə uyğun şəkildə maarifləndiriliblər.
Təlim zamanı tələbələr bankın ayrı-ayrı departamentlərinin fəaliyyət istiqamətləri və ümumi iş prinsipləri ilə tanış olub. AG Bank əməkdaşları təhsil prosesində öyrəndikləri nəzəri biliklərin praktiki həll şərtlərini onların diqqətinə çatdırıb. Bank sektorunun dövrün tələblərinə uyğun, yeni istiqamətləri tələbələrin nəzərinə çatdırılıb. Bundan başqa iştirakçı tələbələr bank işçiləri tərəfindən onları maraqlandıran suallara ətraflı cavab almaq imkanı da əldə ediblər.
AGBank- ın Elektron Kommersiya və Plastik Kartlar, Xəzinədarlıq , Maliyyə Menecmenti, Kreditin Təhlili Və Qiymətləndirilməsi, İnformasiya Texnologiyaları departamentlərinin müvafiq sahədə ixtisaslaşmış əməkdaşları tərəfindən bankın fəaliyyəti barədə ətraflı məlumatlandırılıblar və sonda “Bank fəaliyyəti ilə tanışlıq” təlimində iştiraka görə tələbələr sertifikatlar ilə təltif olunublar.
Müştərilərin xəbərləri
Abşeron Ticarət Mərkəzində yerləşdirmiş sahibkarların dövlət proqramlarından istifadə imkanları müzakirə edilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 saat əvvəl
Azərbaycanda möhtəşəm Memarlıq və Dizayn Qala Gecəsi keçiriləcək
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Starbucks üçün qəhvə çatdırılması xidməti artıq 1 milyard dollarlıq biznesə çevrilib
-
2 saat əvvəl
Qazax və Qusarda dövlət ehtiyacları üçün torpaq sahələri alınacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azadlıq Meydanındakı yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti dayandırılacaq
-
2 saat əvvəl
Azərbaycanda “Huawei”nin həllərinin təqdim edilməsi məsələləri müzakirə olunub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda möhtəşəm Memarlıq və Dizayn Qala Gecəsi keçiriləcək
Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı
Qazax və Qusarda dövlət ehtiyacları üçün torpaq sahələri alınacaq
Çin ABŞ-dan hər il 25 milyon ton soya alacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Misli.az-da böyük uduş: 1 manatlıq mərc 194 min manat qazandırıb
Türkiyə Mərkəzi Bankının ehtiyatları rekord səviyyədən geriləyib: 13 milyard dollar azalıb
“Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb
İcra başçısı vəzifədən azad olundu


















.jpg)


