Azərbaycanda ipoteka ilə əsasən 61-80 kv. metrlik mənzillər alınır - CƏDVƏL
30 dekabr 2019-cu il tarixinə ipoteka predmetinin növü üzrə pay bölgüsündə ən yüksək paya (29,6%) 61-80 kv. metr sahəyə malik olan mənzillər malik olub.
İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, bu kateqoriyadan olan mənzillərə ümumi hesabla 599 milyon 384 min 608 manat kredit ödənilib.
Pay bölgüsünün sıralamasında daha sonra 28,7% ilə 41-60 kv. metrlik kateqoriyasında olan mənzillər yer alıb. Onların alınmasına 581 milyon 46 min 262 manat vəsait ödənilib.
Ümumi payda 16,6%-ə sahib olan 81-100 kv. metrlik mənzillərə görə isə 336 milyon 567 min 797 manat ipoteka ödənilib.
Sözügedən kateqoriyaların pay bölgüsündə ən aşağı göstəricilər <40 kv. metrlik və >121 kv. metrlik mənzillərə aiddir. Onların payı müvafiq olaraq 4,3% və 12,8% təşkil edib ki, bu mənzillər üçün ödənilən məbləğlər isə müvafiq olaraq 87 847 484 manata və 258 602 154 manata bərabər olub.

© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 25 d. əvvəl
-
1 saat əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
1 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
3 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 30-da gözlənilən hava şəraiti
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Ən çox oxunanlar
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı



















