Ödənişləri indi üzüklə də aparmaq olar
® Fevralın 12-də Bakıda keçirilən “Visa Cashless Forum”da Azərbaycan Beynəlxalq Bankı ölkəmiz üçün bir ilk olan növbəti innovativ yeniliyini müştərilərinə təqdim edib.
Bu, Ring Pay ödəniş üzükləridir.
Belə ki, artıq nağdsız ödənişləri digər vasitələrlə yanaşı, barmaqdakı üzüklə də təmassız qaydada həyata keçirmək olar.
Azərbaycan Beynəlxalq Bankının, VISA beynəlxalq kart təşkilatının, İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin, eləcə də Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə “Gələcəyə doğru hərəkət” mövzusunda təşkil olunmuş “Visa Cashless Forum”da Ring Pay ödəniş üzüklərinin özəllikləri barədə iştirakçılara ətraflı məlumat verilib.
Üzük adi plastik bank kartının bir çox funksiyalarını yerinə yetirir. VISA kartları ilə təmassız ödəniş aparmağın mümkün olduğu əksər yerlərdə bu üzüklərdən istifadə edib ödənişləri qısa zamanda həyata keçirmək mümkündür.
Ödəniş aparan zaman üzüyün üst hissəsini POS terminala yaxınlaşdırmaq kifayətdir. Bu zaman ödəniş əməliyyatı cəmi 1-2 saniyə ərzində başa çatır.
Üzük su keçirmədiyindən onu ağır zərbələrdən, kimyəvi maddələrin təsirindən qorumaqla həmişə barmaqda gəzdirmək olar. Ring Pay ödəniş üzüyünü yaxın günlərdə şəxsiyyət vəsiqəsi ilə Azərbaycan Beynəlxalq Bankının yaxınlıqdakı istənilən filial və ya şöbəsindən əldə etmək mümkün olacaqdır.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib: “Ring Pay ödəniş üzükləri təmassız NFC texnologiyası əsasında hazırlanmış yeni bank məhsuludur. Azərbaycan Beynəlxalq Bankının ölkəmizdə ilk dəfə tətbiq etdiyi bu innovativ yenilik nağdsız ödənişləri daha da asanlaşdıracaq. Ümidvarıq ki, müştərilərimiz bu üzüklərdən məmnuniyyətlə istifadə edəcək və belə maraqlı təcrübəni başqaları ilə də bölüşəcəklər”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
8 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 11 saat əvvəl
-
11 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















