Cərimə xofu sığorta şirkətlərinin gəlirini artırıb
2019-cu ilin sonunda mənzilinin sığortası olmayanların cərimə ediləcəyi barədə xəbərdarlıq daşınmaz əmlakın icbari sığortası üzrə toplanmış sığorta haqlarının artmasına səbəb olub.
“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, sığorta şirkətləri 2019-cu ildə daşınmaz əmlakın icbari sığortası üzrə 43 milyon 426 min manat sığorta haqları toplayıblar və bu, 2018-ci illə müqayisədə 13 milyon 61 min manat çoxdur. Sığorta şirkətləri 2018-ci ildə daşınmaz əmlakın icbari sığortası üzrə 30 milyon 364 min manat sığorta haqları yığmışdılar. Artımda cərimə xofu də rol oynayıb.
2019-cu ilin Noyabr ayından etibarən ölkədə daşınmaz əmlakın icbari sığortasını əldə etməyənlərin cərimələnəcəyi gündəmə gətirilmiş, bu barədə binaların girişlərinə xəbərdarlıqlar vurulmuş, evlərə bildirişlər paylanmışdı. Bu xəbərdarlıqdan narahat olan əmlak sahibləri evlərini sığorta etdirməyə başlamışdılar. 2020-ci ilin Yanvar ayında daha çox vətəndaş daşınmaz əmlakın icbari sığortasını alıb.
Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta ödənişləri aşağıdır. 2018-ci ildə 4 milyon 25 min manat təşkil etmiş sığorta ödənişləri 2019-cu ildə 5 milyon 415 min manata yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
















.jpg)