Şirkətlər qrupu 7-ci restoranını açdı - FOTO, VİDEO
(®) “Pak Dad” Şəbəkəsi Brendinin yeni filialı sizin xidmətinizdə
Bir Azərbaycan markası olan “Pak Dad” Şirkətlər Qrupu A.M. Şərifzadə 162 ("İnşaatçılar" metro stansiyasının çıxışı ) ünvanında, 10 il sizinlə olan “PAKDAD” restoranının növbəti 7 -ci Yasamal filialının möhtəşəm açılışını edib.
Daha çox türk mətbəxi ilə məşhur olan bu restoranlar şəbəkəsi Bakı şəhərinin müxtəlif yerlərində - Koroğlu Rəhimov küçəsində, Əhmədlidə, eləcə də, Nizami küçəsində (“Torqovı”) fəaliyyət göstərir.
Paytaxt Bakıda artaraq, öz fəaliyyətini genişləndirən “Pak Dad” Şirkətlər Qrupu Yasamal ərazisində də bu bölümün ehtiyacını nəzərə alaraq fəaliyyətə başlayıb.
Türk –Avropa mətbəxinin müxtəlif yemək çeşidi və möhtəşəm dadı ilə zəngin olan “PAKDAD”-ın açılışında tanınmış müğənnilər, aparıcılıar, məşhur simalar, media nümayəndələri iştirak edib.
Restoranın açılışı Türkiyədən gəlmiş məşhur modelyer İvana Sertin içtirakı ilə baş tutub. İvana Sertlə yanaşı Azərbaycanın tanınmış modelyeri Fəxriyyə Xələfova, model Rüstəm Cəbrayılov,Hacı Nuran, müğənnilərdən Roza Zərgərli, Dilarə Kazımova, Xatun, Samira və b. məşhurlar iştirak edib.
Yeni açılan “PAKDAD” restoranı tamamilə fərqli, yeni dizayn tərtibatda müştərilərə təqdim olunub.
PAKDAD - Ailələrin, dostların sevdiyi, istirahət etdiyi və görüşdüyü bir məkandır.
Burda dostlarla bir axşam, işgüzar səhər və ya böyük ailə yeməyi- istənilən səbəb üçün PAKDAD-da hər bir şərait vardır!
Siz də həyatdan hər gün həzz alın – heç bir səbəb olmadan. Özünüzü sevindirin və sevincinizi PAKDAD-la paylaşın!
Bütün restoran şəbəkələri pak, halal ət məhsullarından istifadə edir.
Bundan başqa, yeni açılan ticarət mərkəzlərində də “Pak Dad” Brendi fəaliyyət göstərəcək.
Qeyd edək ki, hal –hazırda “Pak Dad” Brendinin 4 restoranı, 3 Fast Food-u mövcuddur. “GənclikMall”,”28 Mall”,”Park Bulvar” Ticarət Mərkəzlərində Fast Food şöbələri mövcuddur. Bu restoranlar şəbəkəsində menyü türk -Avropa mətbəxi üzərində qurulub. Lakin yeni açılan bölümdə müştərilər üçün yenilik olacaq. Burda Azərbaycan guşəsi də fəaliyyət göstərəcək.
https://www.facebook.com/pakdadbaku/
https://www.instagram.com/_pakdad_/?hl=ru

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
22 bankdan 5-nin balans kapitalı 240 milyon manatdan çox olub - SİYAHI
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
-
6 saat əvvəl
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
Sərfəli şərtlərlə qızıl təminatlı kredit
Ən çox oxunanlar
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
"FNC BOKT" da 15 faizlə borc alır
Hotellər üçün minimum qiymət müəyyən edilməsi təklif olunur
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
Neftin qiyməti son 4 ayın ən yüksək səviyyəsinə çatdı
Daha bir BOKT 15 faizlə borca pul istəyir - ŞƏRTLƏR
"FINCA Azerbaijan" illik 9 faizlə 1 milyon dollar borc aldı
















