Beynəlxalq Bankda operator vakansiyası - GÖRƏCƏYİ İŞLƏR
“Azərbaycan Beynəlxalq Bankı” ASC Məlumat mərkəzi şöbəsinin mütəxəssisi (Call Center operator) vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Görəcəyiniz işlər:
-Müştəri tərəfindən gələn müraciətləri qəbul etmək və sualları cavablandırmaq;
-Bankın ən son yenilikləri və kampaniyaları haqqında məlumatlar vermək;
-Müştərinin təklif və iradlarını qəbul edərək lazımı strukturlara yönləndirmək;
-Qarşıya çıxmış problemin operativ həlli məqsədilə, müştərini aidiyyatı struktur və şəxslərlə əlaqələndirmək.
Bizim üçün ideal namizəd:
-Ali təhsilli
-Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilən ;
-MS Excel, Word və Outlook proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti olan;
-Ünsiyyətçilik və səlis danışıq səriştəsi olan;
-Komandada işləmək bacarığı olan ;
-Analitik zəka, müştərilərlə yüksək səviyyədi işləmək motivasiyası olan şəxsdir.
Bu iş sizə nələri qazandıracaq:
-Bank sahəsində iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı;
-Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
-Dil biliklərinizi inkişaf etdirmək imkanı;
-Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
-Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
-Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq.
Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi 15 fevral 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Məlumat mərkəzi şöbəsinə mütəxəssis (Call Center operator)” şəklində göstərilməsi xahiş edilir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)








