Aviasiya sığortaçısının mənfəəti artıb
“İpək Yolu Sığorta” ASC 2016-cı ili 3 milyon 44 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2015-ci illə müqayisədə təxminən 50% çoxdur. “İpək Yolu Sığorta” 2015-ci ildə 2 milyon 30 min manat xalis mənfəət açıqlamışdı.
“Marja” Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “İpək Yolu Sığorta” ASC-nin cəmi gəlirləri 23 milyon 494 min manat, cəmi xərcləri isə 19 milyon 688 min manat təşkil edib. Şirkətin 2015-ci ildə cəmi gəlirləri 20 milyon 402 min manat, cəmi xərcləri isə 18 milyon 371 min manat olmuşdu.
Ötən il “İpək Yolu Sığorta”nın birbaşa sığorta üzrə topladığı sığorta haqları 19 milyon 34 min manat təşkil edib (2015-də 18 milyon 88 min manat olmuşdu).
"İpək Yolu Sığorta" Açıq Səhmdar Cəmiyyəti 1995-ci ildə yaradılmışdır. Şirkəti öz müştərilərinə geniş miqyaslı, o cümlədən, bütün növ aviasiya sığortası, əmlak, avtomobil, yük, məsuliyyət, tikinti, fərdi qəza, elektron cihaz, montaj və sair növlər üzrə peşəkar sığorta xidməti göstərir. "İpək Yolu Sığorta" respublikada ilk dəfə olaraq aviasiya sığortası üzrə bir sıra lisenziya növlərinin yaradılmasının təşəbbüsçüsü kimi çıxış etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)





