Müştərilərə verdiyi kreditləri 1 ildə 500 milyon manata yaxın artıran bank
“PAŞA Bank”ın Azərbaycanda müştərilərə verdiyi kreditlər artmaqda davam edib.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, “PAŞA Bank” tərəfindən müştərilərə verilən cəmi kreditlər 2019-cu il ərzində 478 milyon 140 min manat, o cümlədən, ötən ilin 4-cü rübündə 117 milyon 215 min manat artıb.
Son 2 ildə “PAŞA Bank”ın kredit portfeli 856 milyon manat artıb. Cəmi kredit portfeli 2017-ci ilin sonunda 943 milyon 99 min manat ikən, 2019-cu ilin sonunda 1 milyard 799 milyon 33 min manata çatıb. Cəmi kredit portfelinin 45 milyon 393 min manatını məqsədli ehtiyat, 1 milyard 753 milyon 640 min manatını xalis kreditlər təşkil edib.
“PAŞA Bank”ın qiymətli kağızlara investisiyaları isə 1 milyard 96 milyon 496 min manat təşkil edib. Ötən ilin sonunda “PAŞA Bank”ın böyüklüyü (cəmi aktivləri) 4 milyard 767 milyon 450 min manata çatıb.
2019-cu ilin 4-cü rübündə “PAŞA Bank”ın depozit portfeli 273 milyon 910 min manat artaraq 3 milyard 585 milyon 524 min manata çatıb.
HƏMÇİNİN OXU:“PAŞA Bank” maliyyə göstəricilərini açıqladı
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
13 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
13 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
13 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
13 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























