İlham Əliyev Gömrüyün sədrinə vətəndaşlara kobudluq və hörmətsizlik göstərildiyini bildirdi - VİDEO
“Çalışın ki, bizim bütün keçidlərimiz ən yüksək səviyyədə təmir edilsin. Çünki biz vaxtilə bütün keçid məntəqələrini yenidən qurmuşuq, amma artıq vaxt keçib, on ildən çox vaxt keçib. Ona görə orada yeni avadanlığın quraşdırılması, vətəndaşlar, maşınlar üçün daha rahat keçidin təmin edilməsi məsələlərinə də mütləq baxmaq lazımdır”.
"Marja" xəbər verir ki, bunu yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin çıxışından sonra Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
İlham Əliyev sözlərinə belə davam edib:
"Sərhəd Xidməti ilə birlikdə bu sahədə də maarifləndirmə işləri aparılmalıdır, həm vətəndaşlar arasında, həm də sizin işçiləriniz arasında. Çünki hələ də bəzi hallarda şikayətlər daxil olur, bəzi vətəndaşlar şikayət edirlər, həm yerli vətəndaşlar, həm xarici vətəndaşlar ki, kobudluq, hörmətsizlik göstərilir. Bu hallara yol vermək olmaz. Hər bir gömrük-keçid məntəqəsi, hər bir hava limanı ölkəmizin giriş qapısıdır və hər gələn qonaq ilkin təəssüratı oradan əldə edir".
Səfər Mehdiyev çıxışında deyib:
2018-ci illə müqayisədə 2019-cu ildə 2 milyon daha çox vətəndaş giriş və çıxış həyata keçirmişdir. Bunu Siz qeyd elədiyiniz kimi, 3 milyon 170 mini xarici turistlər təşkil edib. Qalanları isə mütəmadi olaraq xarici ölkələrə gedib-gələn Azərbaycan vətəndaşlarıdır. Bu axının qarşılanması, onlara xüsusi xidmət göstərilməsi, həm insanların, həm də yüngül nəqliyyat vasitələrinin yoxlanması üçün rentgen qurğuları alınıb. Sərhəddə sıxlığın aradan qaldırılması ilə bağlı artıq biz hökumətdə də müzakirələr aparmışıq. Sizin tapşırıqlarınıza uyğun olaraq gələcəkdə həm ixracı və idxalı, həm də tranzit potensialımızı qarşılamaq məqsədilə istər qərb, istərsə də şimal istiqamətində yeni keçid məntəqələrinin tikilməsi işinə başlanılıb və bu işlər cari ildə də davam etdiriləcək.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 23 saat sonra
-
-
5 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 6 d. əvvəl
- 29 d. əvvəl
-
36 d. əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əmanətlərin sığortalanması faizi yeni metodologiya ilə təsdiq ediləcək
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
Ən çox oxunanlar
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu
Yeni Mercedes-Benz S-Class təqdim edildi - FOTO/VİDEO
Güclü iPhone satışları hesabına Apple şirkətinin gəliri rekord qırıb























