“Mir” sisteminin Azərbaycanda tətbiqi məsələləri öyrənilir"
“Mir” sisteminin Azərbaycanda tətbiqi məsələləri öyrənilir".
“Marja” xəbər verir ki, bunu 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Baş Nazirin müavini Şahin Mustafayev bildirib.
“Turizmin inkişafı baxımından Rusiya Federasiyasından gələn turistlərin sayı önəmli dərəcədə artmışdır. Sizin tapşırığınızla (Prezident İlham Əliyevin - red) artıq məhz nağdsız əməliyyatların həyata keçirilməsinin artırılması baxımından Rusiya Federasiyasının “Mir” sisteminin Azərbaycanda tətbiqi məsələləri öyrənilir və yaxın gələcəkdə bizim iqtisadiyyata və ölkəmizin maraqlarına uyğun gələrsə, bu sistemin də tətbiqi baş tutacaqdır. Sistemin tətbiqi nəticəsində turizm imkanlarının, eyni zamanda, Azərbaycana valyuta daxilolmalarının artımı da gözlənilir”,- Şahin Mustafayev bildirib.
Məlumat üçün bildirək ki, "Mir" Rusiyanın milli ödəniş sistemidir. Hesablaşmalar rublla aparılır. Mir ödəniş sisteminin operatoru Milli Ödəniş Kartları Sistemidir. Ödənişlər baxımından Rusiya ödəniş sistemləri bazarının təxminən 17.5% -ni tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
16 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
17 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
18 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI























