Bu gün sayğac göstəricilərinin oxunuşu yekunlaşdırılacaq - AÇIQLAMA
Limitin sıfırlanması üçün əhali abonent qrupunun istifadə etdiyi mexaniki sayğacların göstəricilərinin oxunmasına ölkə ərazisində 2020-ci ilin ilk rəsmi iş günündən – yanvarın 7-dən start verilib.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun göstərişi ilə bütün əlaqədar strukturlar, eləcə də Regional qaz istismarı İdarələri gücləndirilmiş iş rejimində çalışır. Birliyin əməkdaşlarının fiziki olaraq qeydə aldığı sayğac göstəriciləri toplanılaraq gün ərzində mərkəzi aparatın abonent bazasına yerləşdirilir. Bu prosesə dair bəzi statistik məlumatlar artıq hazırdır.
“Azəriqaz”ın yaydığı məlumatda bildirilir ki, yanvarın 8-nə 35 %, yanvarın 9-na isə 72 % sayğac göstəriciləri ümumi bazaya yerləşdirilib. Yanvarın 10-u saat 11:00-dək 970 mindən çox sayğac üzrə məlumatları toplamaq mümkün olub. Bu gün, yanvarın 10-da saat 14:00-dək bütün mexaniki sayğacların göstəricilərinin oxunuşu yekunlaşdırılacaq. Həmin vaxtdan etibarən bu tip sayğaclardan istifadə edən əhali abonent qrupu 2020-ci il üçün nəzərdə tutulan imtiyazlı 2200 kubmetr (başqa sözlə 220 AZN) qaz həcminin hər kubmetrinə görə 10 qəpik tarifi ilə ödəniş etmək imkanı əldə edəcəklər.
Bir daha bildiririk ki, bu prosesdə hər hansı vaxt itkisi yoxdur. Hər bir abonent 2200 kubmetrlik güzəştli qaz həcmindən bir il müddətinə istifadə edəcək. Mexaniki sayğac istifadəçilərinin bu limitdən istifadə müddəti 2021-ci ilin yanvar ayının 10-dək (365 gün) qüvvədə olacaq. Smart-kart tipli sayğaclarda isə 2019-cu il 31 dekabr gecə saat 00:00-dan etibarən limit sıfırlandığından bu sayğaclardan istifadə edən əhali qrup abonentləri artıq 2020-ci il yanvar ayının 01-dən sözü gedən güzəştli qaz həcmindən istifadəyə başlayıblar.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
- 23 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti























