Azərbaycana gətir, 1 il sonra geri qaytar və ƏDV ödəmə
Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən, malların idxalı bu fəslə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.
Bu maddənin tətbiqinin əsas məqsədi vergi ödəyiciləri tərəfindən malların idxalına görə əlavə dəyər vergisinin, o cümlədən tranzit yük daşınması qaydasında və müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallara görə əlavə dəyər vergisinin (ƏDV) hansı qaydada hesablandığını müəyyənləşdirməkdir. Tranzit qaydada və müvəqqəti idxal şəklində Azərbaycan Respublikasına daxil olan mallar ƏDV-nin obyekti deyil. Tranzit dedikdə, hər hansı hüquqi və ya fiziki şəxsin malların bir ölkədən digər ölkəyə daşınması zamanı üçüncü və ya daha çox ölkənin ərazisindən istifadə etməsidir. Müvəqqəti idxal zamanı isə mallar bir ölkəyə daxil olur, amma müəyyən müddətdən sonra geri qaytarılır. Bu iki halda mallar ƏDV-yə cəlb olunmur.
Vergi Məcəlləsinə əsasən, ƏDV ilə bağlı əməliyyatlar 3 növə bölünür: ƏDV-yə 18 faizlə cəlb olunan, (0) dərəcə ilə cəlb olunan və ƏDV-dən azad olunan əməliyyatlar.
Əməliyyatların ƏDV-yə cəlb olunması üçün əsas məqamlardan biri də malların, işlərin və xidmətlərin Azərbaycan Respublikasında təqdim olunmasıdır. Əgər mallar, işlər və xidmətlər Azərbaycan Respublikasının hüdudlarından kənarda təqdim olunursa, bu zaman ƏDV yaranmır, belə dövriyyələr ƏDV obyekti deyil. Qeyd edək ki, bu məsələ ilə malların ixracı məsələsini qarışdırmaq olmaz.
Xidmətlərin və işlərin göstərilməsində fərqli məqamlar var. Vergi Məcəlləsinin 159.2-ci maddəsində qeyd olunub ki, işlərin və xidmətlərin 168-ci maddəyə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda təqdim olunması vergi tutulan əməliyyat sayılmır.
Misal 1. Tutaq ki, müəssisə ƏDV ödəyicisidir və 2019-cu ilin may ayında Bakıda 30.000 manatlıq mal təqdim edib, 10.000 manatlıq təmir-tikinti işləri görüb, 5.000 manatlıq xidmət göstərib. Bundan əlavə, 40.000 manatlıq ƏDV-yə cəlb olunan mal idxal edib və Türkiyə Respublikasının ərazisində 30.000 ABŞ dolları dəyərində təmir işləri yerinə yetirib. Üstəlik, Fransa şirkətinə (qeyri-rezidentə) Bakıda 2.000 manatlıq məsləhət xidməti, Rusiya şirkətinə (qeyri-rezidentə) isə 3.000 avroluq hüquq xidməti göstərilib. Qeyd olunan məbləğlərə ƏDV daxil deyildir . Bu əməliyyatlardan hansılar ƏDV-yə cəlb olunan əməliyyatlardır?
30.000 manatlıq mal satışı, 10.000 manatılıq təmir-tikinti işləri, 5.000 manatlıq xidmət və 40.000 manatlıq ƏDV-yə cəlb olunan malların idxalı 18 faiz dərəcəsi ilə ƏDV-yə cəlb olunan əməliyyatlardır. Bu əməliyyatlara görə müəssisə 15.300 manat ((30.000 + 10.000 + 5.000 + 40.000) x 18% = 15.300 manat) ƏDV hesablamalıdır.
Türkiyə Respublikasının ərazisində yerinə yetirilmiş 30.000 ABŞ dolları məbləğində təmir işləri ƏDV-nin obyekti deyil.
Fransa şirkətinə (qeyri-rezidentə) Bakıda göstərilən 2.000 manatlıq məsləhət xidməti və Rusiya şirkətinə (qeyri-rezidentə) göstərilən 3.000 avroluq hüquq xidməti sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatlardır.
Misal 2. Tutaq ki, Türkiyə Respublikasının hüquqi şəxsi olan "A" şirkəti 100.000 manatlıq malı Rusiyaya aparmaq üçün Rusiya şirkəti ilə müqavilə bağlayıb. Azərbaycan və Rusiya dövlətlərinin ərazisindən aparılmalı olan mal Azərbaycan Respublikasının ərazisinə daxil olarkən tranzit gömrük bəyannaməsi doldurulur və həmin bəyannamədə respublikamız bu əməliyyat üçün tranzit ölkə olduğu üçün mallar ƏDV- yə cəlb olunmur.
Misal 3. Hüquqi şəxs İran şirkəti ilə razılaşmaya əsasən, 10.000 manatlıq avadanlığı 1 il müddətində gömrük qanunlarına uyğun olaraq Azərbaycan Respublikasının ərazisinə gətirib və 1 ildən sonra geri qaytaracaq. Bu misalda ölkə ərazisinə gətirilərək 1 ildən sonra geri qaytaracaq malların idxalı müvəqqəti idxal sayıldığı üçün həmin mallar ƏDV-nin obyekti deyil.
© Azərtac
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
-
3 saat əvvəl
“PAŞA Həyat” əmək qabiliyyətini itirmiş şəxsin ipoteka borcunu ödədi
-
4 saat əvvəl
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
-
4 saat əvvəl
"AccessBank" "AzVirt" şirkətinə kredit təqdim edəcək - MƏBLƏĞ
-
4 saat əvvəl
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
-
4 saat əvvəl
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
-
4 saat əvvəl
179 min "Tesla Model 3" nəzarət altındadır, qüsur araşdırması başlayıb
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Xalq Bankdan illik 9% gəlir əldə etmək imkanı
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
Ən çox oxunanlar
Türkiyənin Suriyaya ixracı 3 milyard dolları keçib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Hyundai 51 mindən çox avtomobili geri çağırır

















