Azərbaycanda İngiltərə mənşəli çiyələk sortlarının yetişdirilməsinə başlanılıb
Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda İngiltərə şirkəti ilə əməkdaşlıq çərçivəsində giləmeyvə bitkiləri üzrə yeni layihənin icrasına başlanılıb. Layihənin əsas məqsədi ölkəmizdə İngiltərə mənşəli çiyələk sortlarının yetişdirilməsi və yeni texnologiyanın tətbiqindən ibarətdir.
İnstitut tərəfindən çiyələk bitkisinin 5 sortu ölkəmizə introduksiya edilib və onlar üzərində tədqiqat işləri aparılır. Hazırda “Kupid”, “Fenella”, “Kristin”, “Flomenko” və “Florens” sortları mütəxəssislər tərəfindən müşahidə olunur.
Yeni texnologiyaya əsasən çiyələk bitkisi tirə üsulu ilə əkilir. Bitkilər tirə üzərində 0,8x0,35 metr sxemində əkilir və damla suvama sistemindən istifadə olunur. Tirələr təxminən 10-15 santimetr hündürlükdə olur. Çiyələk bitkisinin bu üsulla əkilməsi torpağın rütubətini artırır və qış şaxtaları zamanı bitkinin köklərinin donmasının qarşısını alır.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
3 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
7 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
7 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq


















