Azərbaycanda yeni - Qış Xizək Mərkəzi – OTEL VƏ XİZƏK QİYMƏTLƏRİ
Yaxın vaxtlarda Azərbaycanda yeni qış xizəak turizm mərkəzi istifadəyə veriləcək. “Şahdağ” və “Tufandağ”dan sonra 3-cü qış xizək mərkəzi Naxçıvan Muxtar Respublikasında, Şahbuz rayonunun Ağbulaq kəndində yaradılır. Təbii qarla örtülü kompleks hələ tam işə düşməsə də, artıq indidən burada xizək sürməyi öyrənmək və qısa zolaqlarda vaxt keçirmək olar.
Dəniz səviyyəsindən 2 min metr hündürlükdə yerləşən Ağbulaq Şahbuz rayonunun ucqar dağ kəndidir. Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə Dərələyəz və Zəngəzur dağ silsilələri arasında yerləşir. Olduqca səfalı bu ərazidə sovet dövründə ”Araz” pioner düşərgəsi də olub.
2018-ci ildən kəndin turizm məqsədilə istifadəsinə qərar verilib, yollar tam təmir edilib və kənd abadlaşdırılıb. Ağbulaq İstirahət Mərkəzi istifadəyə verilib. 2 yaşayış korpusundan və 1 yeməkxana binasından ibarət olan mərkəzdə ikimərtəbəli və 56 yerlik korpuslarda, ümumilikdə, 38 otaq var. Ərazidə hər biri iki nəfərlik olmaqla 3 kottec də tikilib.
Uzunluğu 1590 metr olan dağ-xizək enişi, kanat yolu
Mərkəzdə ziqzaq şəklində ümumi uzunluğu 1590, eni isə 30 metr olan dağ-xizək enişi, kanat yolu, xizəksürmə məktəbi, əyləncə və uşaq parkları turistlərin xidmətində olacaq. Kanat yolunda hər biri 4 yerlik olmaqla 58 oturacaq quraşdırılacaqdır ki, bu da saatda 1000 nəfərə xidmət etməyə imkan verəcək.
İstirahət mərkəzində kənd məhsullarının satışı mağazası da fəaliyyət göstərir. Mərkəzdə turistlərə ayaqüstü (fastfood) və təndir yeməkləri təklif olunacaqdır.
Hazırda Xizək mərkəzinin yalnız kanatı qalıb. O da işə düşdükdən sonra mərkəz fəaliyyətə başlayacaq. Kanatın montaj işləri aparılır və hava şəraitindən asılı olaraq bu ayın sonunadək işlər bitə bilər.
Hələlik isə kompleksə gələn turistlər buradakı təlim mərkəzində, öyrənənlər üçün ərazidə xizək sürə bilərlər. Burada zolaqlardan biri 80, digəri 150 metrdir. Bu hissədə geri qaytmaq üçün hərəkətli zolaq var.
Otel xərcləri
Otelin meneceri Xalid Kazımov bildirib ki, Ağbulaqda oteldə 38 otaq var. Otaqların qiyməti gündə 3 dəfə yeməklə 1 nəfər üçün gündə 70 manat, iki nəfər üçün 140 manatdır. 6 yaşınadək uşaqlara görə ödəniş edilmir, 12- yaşadək isə əlavə çarpayı gündə 20 manatdır. Başqa sözlə uşaqların biri 6 yaşadək, digəri 12 yaşadək olan 4 nəfərlik ailənin oteldə qalma və gündə 3 dəfə qidalanma xərci 160 manatdır.
Kotec isə 2 nəfərlikdir və xərci səhər yeməyi ilə birlikdə 100 manatdır.
Təbii qar var
Kompleksdə qarla bağlı poblem yoxdur, elə indi də burada qar var, həm də süni qar aparatları var.
Havanın temperaturu isə gündüzlər 4-6 dərəcə, axşamlar mənfi 3-4 dərəcə olur. Elə indi də burada qar var.
Xizək xərcləri
Kompleksdən əldə olunmuş məluma görə, xizəkdən istifadə qiymətləri xizək, xizək çubuğu və kaska – 15 manatdır. Şalvar, kurtka və eynək isə hərəsi 5 manat olmaqla 15 manat edir. Giriş haqqı da 5 manatdır.
Yəni tam komplekt və 5 manat giriş haqqı 35 manat edir. Təkcə xizək və kaska, eləcə də giriş haqqı 20 manatdır.
Təzə öyrənənlər üçün müəllimlərin haqqı bir saat 7 manat, iki saata 12 manat, 3 saat üçün 15 manatdır.
Ağbulağa necə getmək olar?
Bakıdan Naxçıvana təyyarə ilə getmək olar. Adambaşına bir tərəfə uçuş 50 manatdır. Ya da İran ərazisindən keçməklə avtobusla getmək olar, adambaşına bir tərəfə 25 manat. Avtobus Biləsuvarda İran ərazisinə daxil olub Culfadan Naxçıvan ərazisinə qayıdır, bir gecəyə çatmaq olur.
Naxçıvandan isə Ağbulağa ən rahatı taksi ilə gəlməkdir, məsafə 55 kilometr, taksi ilə 20-25 manatdır.
© FED
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 7 saat sonra
-
6 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
6 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 7 saat əvvəl
-
8 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 10 saat əvvəl
-
12 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi



















