"Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsi hazırlanır
Dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da “Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsi hazırlanarkən 4 komponent əsas götürülüb.
Bunu Bakıda Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) təşkilatçılığı ilə "Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar" mövzusunda keçirilən konfransda layihənin müəllifi, hüquq məsləhətçisi Aqil Abdullayev deyib.
Onun sözlərinə görə, bunlar daşınar əmlaka funksional yanaşma, onun üzərində üstünlük qaydalarının müəyyən edilməsi, tərəflərə bu barədə məlumat verilməsi və zərurət olduqda əmlakın tutuma yönəldilməsidir.
“Layihənin məqsədi daşınar əmlakın etibarlı təminat olmaması barədə yanaşmanı aradan qaldırmaqdır. Əlbəttə, daşınar əmlak daşınmaz əmlakla eyni olmasa da, hər halda dünyada bu model də işləyir”, - deyə A.Abdullayev qeyd edib
İsveçrənin İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyinin (SECO) Cənubi Qafqaz üzrə regional direktorunun müavini Simone Haeberli isə bildirib ki, Azərbaycan hökuməti daşınar əmlakının yüklülüyü ilə bağlı yeniliyin tətbiqinə böyük önəm verir: “Bu, islahat Azərbaycanda əhalinin maliyyə sektoruna inamını artıracaq”.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























