Dövlət şirkəti tekstil fabriki quracaq - iplik və parça istehsal olunacaq
Dövlətə məxsus “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 2018-ci ilin mayında təşkil olunub, 6 pambıq emalı zavodu, 6 pambıq tədarükü məntəqəsi, 1 yağ emalı zavodu və Biləsuvar rayonunda 2 min hektarda yerləşən pivot suvarma qurğuları ilə təchiz edilmiş təcrübə-sınaq mərkəzindən ibarətdir.
"Marja" xəbər verir ki, Dekabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə çıxış edərək deyib:
"“Azərpambıq” MMC-nin vəsaiti hesabına Ağcabədi rayonunda günlük emal gücü 200 ton xam pambıq olan yeni pambıqtəmizləmə zavodu demək olar ki, sıfırdan quruldu və bu ayın sonunadək istismara veriləcək. Bu da imkan verəcək ki, yığdığımız 80 min xam pambığı tam emal edək.
Mahlıcın keyfiyyətini yüksəltmək məqsədilə Ağcabədi, Beyləqan, Biləsuvar, Saatlı zavodları qaz və qurutma qurğuları ilə təmin edilib. Gələcək illərdə tələbata görə mövcud zavodların modernizasiyası və ya yenilənməsi planlaşdırılır. Görüləcək işlər yüksəkkeyfiyyətli və rəqabətli mahlıc və yağ istehsalına imkan verəcək.
İnkişaf strategiyasının digər istiqaməti müasir avadanlıqlarla təchiz olunmuş tekstil fabrikinin qurulmasıdır ki, bu da mahlıcın son məhsula çevrilməsini, əlavə dəyərin yaradılmasını, gəlirlərimizin artmasını təmin edəcək. Pambıq mahlıcından yüksəkkeyfiyyətli iplik və parça istehsalının təşkili həm dəyər zəncirinin artmasına, həm də yeni iş yerlərinin yaranmasına xidmət edəcək. Hazırda bu istiqamət üzrə işlər gedir, araşdırmalar və hesablamalar aparılır".
Müşavirədə Prezident İlham Əliyev Kamran Nəbizadəyə "Tekstil fabrikinin tikilməsi ilə bağlı siz hansısa ciddi təhlil aparmısınızmı?" sualını verib.
Kamran Nəbizadə deyib: "Bəli, cənab Prezident, təhlillər aparılıb. Biz hesablamalar aparmışıq və bütün hesablamalar hazırdır ki, yeni fabrikin tikilməsi neçəyə başa gələcək, orada 30 və 40 seriyalı ipliklərin istehsalı təmin olunmalıdır, çünki onlar daha əlverişli və yüksək qiymətə satılır, ixrac olunur".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 20 san. sonra
-
50 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 51 d. əvvəl
-
-
58 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb



























