Azərbaycanda heyvan sağlamlığı klinikası istifadəyə veriləcək
Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov və Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov Baytarlıq Elmi-Tədqiqat İnstitutunun kollektivi ilə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyindən "Marja"ya daxil olmuş məlumatdda bildirilir ki, İnstitutun direktoru Siyalə Rüstəmova birillik fəaliyyətlə bağlı tədbir iştirakçılarına məlumat verib.
Onun sözlərinə görə, son illərdə aqrar elmə yanaşmaların dəyişməsi institutda tədqiqat işlərinin yenidən təşkilinə böyük imkanlar açıb. Bildirilib ki, institutun binası müasir tədqiqatların aparılması üçün əsaslı şəkildə təmir edilib, yeni laboratoriyalar qurulub, ən son avadanlıqların alınaraq quraşdırılması həyata keçirilməkdədir. Qeyd olunub ki, elmi-tədqiqat institunun 2020-2025-ci illər üçün hədəflərinə kənd təsərrüfatı heyvanlarının invazion və infeksion xəstəliklərinin molekulyar biologiya səviyyəsində diaqnozunun qoyulması, yerli ştammlardan istifadə edərək serrum, vaksin və diaqnostikumların istehsalı kimi istiqamətlər daxildir.
Vurğulanıb ki, ipəkqurdunun yemləndirilməsi üçün süni yemin hazırlanması hədəfinin həyata keçirilməsi məqsədilə institutun Abşeron Təcrübə Stansiyasında Çindən gətirilmiş 65 min tut tingindən, 8 min yerli tinglərdən ibarət 10 hektarda intensiv bağ salınır: “Hazırda institutda ikinci səviyyəli biotəhlükəsizlik laboratoriyası yaradılmaqdadır, 15 regional elmi-tədqiqat dayaq bazası formalaşdırılacaq ki, ilkin pataloji materialların regionlardan toplanması onlar tərəfindən həyata keçiriləcək. İnşası davam etdirilən heyvan sağlamlığı klinikası fevral ayından fermerlərin istifadəsinə veriləcək”.
S.Rüstəmova bildirib ki, elmi əməkdaşlıq imkanlarını genişləndirmək məqsədi ilə AMEA-nın Genetik Ehtiyatlar və Mikrobiologiya İnstitutları ilə müqavilələr imzalanıb. Hazırda göbələk tərkibli yem əlavələrinin istehsalı ilə bağlı birgə tədqiqatlar aparılır. Eyni zamanda, Rusiya, Qazaxıstan, Ukrayna və Litvanın elmi istehsalat müəssisələri ilə əməkdaşlıq müqavilələr bağlanıb ki, bu da yaxın gələcəkdə birgə istehsal fəaliyyətinin qurulmasına imkan verəcək.
İnstitutun birillik fəaliyyətini qənaətbəxş qiymətləndirən Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov aqrar elmin gələcək prioritetləri haqqında danışıb. Gənc kadrların hazırlanması, laboratoriyalardan səmərəli istifadə edilməsi, baytarlıq elminin daha da inkişaf etdirilməsinin vacib olduğunu deyən İ.Cümşüdov qeyd edib ki, qlobal çağrışlar fonunda elmi-tədqiqat işləri müasirləşdirilməli, fermerlərin üzləşdikləri problemləri əhatə etməli və aqrar iqtisadiyyata öz tövhəsini verməlidir: “Aparılan tədqiqat işinin hər biri istehsalatda öz əksini tapmalıdır, heyvandarlıq təsərrüfatlarına göstərilən elmi təminatın səviyyəsinin yüksəldilməsi üçün institut innovativ yanaşmalar həyata keçirməlidir, diaqnostika üsulları müasir olmalıdır ki, xəstəliklərlə mübarizənin səviyyəsi yüksəlsin”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 d. əvvəl
-
53 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 54 d. əvvəl
-
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
























